Türkiyə hökumətinə təslim olan terrorçu sayı 126 nəfərə çatıb

PKK terror təşkilatının daha 6 üzvü Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub.

Anadolu Xəbər agentliyinin yaydığı xəbərə görə, təslim olanların PKK- ya 2014 və 2015 -ci illərdə qoşulduqları müəyyən edilib. Son vaxtlara qədər onlar Suriya və İraqda fəaliyyət göstəriblər. Həmin şəxslərin hüquq -mühafizə orqanlarının izahat işləri nəticəsində silahlarını yerə qoyduqları qeyd olunur.

Bununla da təslim olan RKK terror təşkilatının üzvlərinin sayı 126 nəfərə çatıb.

Bu xəbəri paylaşın: