Şəhid Rəmzi Novruzovun doğum günü qeyd edilib

ŞƏHİDİN AD GÜNÜNƏ HƏDİYYƏ OLARAQ LAÇIN TORPAĞI GƏTİRİLDİ…

İsmayıllı rayonunda Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olmuş Rəmzi Novruzovun adı əbədiləşdirilən məktəbdə onun doğum gününə həsr olunmuş mərasim keçirilib. İsmayıllı rayon Basqal kənd orta məktəbi qəhrəman şəhidin adını daşıyır.


Bu məlumatı sosial şəbəkədə Müşfiq Rəhimov paylaşaraq yazıb:


«İgid oğullarımızdan biri, Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Rəmzi Novruzovun xatirəsinə həsr olunmuş tədbir də bir tarix oldu.


Ruhun şad olsun, ŞƏHİDİM!»

Şəhidin məzarı yad edilib və ruhuna dualar oxunub. Laçın uğrunda döyüşlərdə qəhrəmancasına döyüşən Rəmzi Novruzovun məzarına Laçından gətirilmiş torpaq tökülüb. Çıxış edənlər Vətən uğrunda döyüşənləri bir daha ehtiramla xatırlayıblar.


Keçirilən tədbirdə R. Novruzov adına İsmayıllı rayonu Basqal kənd orta məktəbinin kollektivi, kənd sakinləri ilə yanaşı, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi (AVMVİB) İsmayıllı rayon şöbəsinin sədri Ravid Pənahov və rayon veteranları iştirak ediblər.


Ravid Pənahov bildirdi ki, şəhid Rəmzi Novruzov AVMVİB sədri Füzuli Rzaquliyevin əsgərlərindən olub. Bir komandir kimi Rəmzi Novruzovun qəhrəmanlığından dəfələrlə söz açıb. Şəhid Rəmzi Novruzovun adının əbədiləşdirilməsi və şəhidlərimizin ehtiramla yad edilməsi müharibə veteranlarının əsas vəzifəsidir.

Allah şəhidlərimizə rəhmət eləsin!


Elnur Səlim

Bu xəbəri paylaşın: