Prezident medal qazanan idmançılara MOK-dan da pul ayırdı

Milli Olimpiya Komitəsi Prezidenti İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında” sərəncam imzalayıb.

Fedai.az-ın xəbərinə görə, Azərbaycan idmançıları və onların məşqçilərini Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədilə XXXII Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

1.İkinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat;

2.Üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;

3.Komandanın baş məşqçisi-idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).

Milli Olimpiya Komitəsinin maliyyə idarəsi sərəncamdan irəli gələn məsələləri həll etsin.

Həmçinin, Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla XXXII Tokio Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların məşqçiləri təltif ediliblər:

1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Stadnik Mariya Vasilyevna

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Ağayev Rəfael Mahir oğlu
Əliyev Hacı Azər oğlu
Zaretska İrina İqorevna

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Alfonso Dominguez Loren Berto Berto
Kindzerska İryna
Hüseynov Rafiq Radik oğlu

3-cü dərəcəli “Əmək” ordeni ilə
Ağayev Aslan Loğman oğlu
Əzimzadə Elman Süleyman oğlu

“Tərəqqi” medalı ilə
Cəfərov Vüsal Səfa oğlu
Məmmədov Anar Vahid oğlu
Məmmədov Orxan Rasim oğlu
Məmmədov Rəşad Nizami oğlu
Hüseynov Radik Rafiq oğlu
Tarakanov Aleksandr Petroviç
Horta Dominguez Humberto

Dövlət başçısı həmçinin Azərbaycan Milli Olimpiya komandası üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla XXXII Tokio Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançılarının aşağıda adları çəkilən məşqçiləri “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

Abdullayev Namiq Yədulla oğlu
Bəşirov Yaşar Eyyub oğlu
Morozov Denis Valeryeviç
Musayev Füzuli İsa oğlu
Tağıyev Qurban Vaqif oğlu

Bu xəbəri paylaşın: