Türkiyənin şimalında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan «Twitter» səhifəsində paylaşım edib.
Türkiyə lideri bildirib: «Kastamonu, Sinop və Bartın əyalətlərində 17 vətəndaşımızın daşqınlar nəticəsində həlak olması ilə əlaqədar başsağlığı verirəm».
Türkiyə Prezidenti qeyd edib ki, daşqınlar baş verən ərazilərdə intensiv işlər həyata keçirilir.
Bu xəbəri paylaşın:
