Xocalı ərazisində yeni qəsəbə tikilir

Azərbaycanın Xocalı ərazisində ermənilərin saldığı yeni qəsəbənin tikintisi davam edir.

Yeni qəsəbə “Hayastan” fondununu maliyyə vəsaiti hesabına Xocalı rayonunun Daşbulaq (erm.Astxaşen) kəndi yaxınlığında salınır. Fotodan da göründüyü kimi bu ərazilər Xocalının öz ərazisidir.

Qəsəbəyə Xocalının Azərbaycanın nəzarətində olan Mədətkənd, Dəmirçilər və Sığnaq kəndlərində yaşamış ermənilər köçürüləcək.

2022-ci ilin sonunda istifadəyə veriləcək qəsəbədə 200 fərdi ev, tibb məntəqəsi, stadion, icma mərkəzi və s. inşa ediləcək

Bu xəbəri paylaşın: