Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, Fədai, az kolektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev Müharibə və Silahlı qüvvələr veteranı ehtiyyatda olan polkovnik Çingiz Daşdəmirovu doğum günü munasbətilə səmimi qəlbdən təbrik edir, həyatda insan ücün ən şirin neymət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayir.
Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
Ehtiyyatda olan polkovnik Daşdəmirov Çingiz Əli oğlu 15 avqust 1963 — cü ildə Ismayıllı rayonun Balik kəndində anadan olub. O,İsmayılı rayonunun Balik kəndində 1970 — ci ildə birinci sinifə gedib, 1980- ci ildə isə orta məktəbi bitirib.
Çingiz Daşdəmirov 1981 -1982- ci illərdə Perm şəhərində müdddətli həqqi hərbi xidmətdə olmuşdur. O,müdddətli həqiqi hərbi xidmətə olduğu ildə Perm şəhərində Kicik komandirlər hazırlayan cavuşlar məktəbini bitrdikdən sonra xidmət etdiyi hərbi hissədə müdddətli həqqi hərbi xidmət çavuşu vəzifəsində xidmət edib.
Müharibə və Silahlı Qüvvələr Veteranı ehtiyyatda olan polkovnik Çingiz Daşdəmirov 1982 — ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Vladikafkazda (Əvvəllər Ordzhonikidzedə) yerləşən Ali Hərbi məktəbə daxil olub, 1986 — ci ildə isə həmin ali hərbi məktəbi bitirib.
Çingiz Daşdəmirov 2007-ci ildə Müdafiə Nazirliyinin Hərbi Akademiyasının Araşdirma Staretji Təhqiqatlar və Dövlət Müdafiəsinin idarə etmə kursunu bitrib. O, 2010 — ci ildə Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin xidməti fəaliyyəti ilə yaxindan taniş olmaq ücün, tanışlıq və təcürbə məlumatların toplanması və gərəkli cəhətlərin öyrənilməsi məqsədilə Ankara İstanbul İzmir, Foce şəhərlərində işguzar səfərdə olub.
O, 1986 -cı ildən 1991 -ci ilə kimi SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ükrayna respublikasında yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət edib.
Ehtiyatda olan polkovnik Ç.Daşdəmirov 1992- ci ilin yanvar ayndan 2016 -cı ilin son ayına kimi , Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Sumqayıt şəhərində və Hacıqabul rayonunda yerləşən hərbi hissələrində Qəragah rəsinin müavini, hərbi hissə komandirinin müavinini — qərargah rəisi, hərbi hissə komandiri, Daxili Qoşunların Bas İdarəsinin İnspeksiyasında isə inispektor, baş inispektor və İnispeksiya rəisinin müavini vəzifələrində xidmət edib.
Çingiz Daşdəmirov Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib və ağır yaralanıb. O,1992 — ci ilin iyun ayında döyuş mövqeyində ezamiyyətdə olarkən komandirlik etdiyi şəxs heyət Agdam rayonunun Aranzəmin, Pircamal və Naxçıvanik yaşayış məntəqələri uğrunda gedən döyüşlərdə mərdliklə vuruşaraq düşmənin otuzdan cox quvvəsini və bir zirehli texnikasını məhv edərək uğurlu əks hücum əməliyat nəticəsində Aranzəmin və Pircamal kəndləri duşməndən azad etmişdi.
O, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir. Çingiz Daşdəmirov Daxili Qoşunların Baş idarəsinin İnispeksiyasinda müxtəlif vəzifələrdə xidmət etdərkən, Daxili Qoşunların Bas İdarəsinin İdarə, şöbə və xidmətlərinin eləcədə DQBİ-nin hərbi hisələrinin və əlahiddə bölmələrinin xidmət fəaliyyətini yoxlayarkən səmərəli fəaliyyəti ilə, işgüzar və mənəvi keyfiyyətilə, nəzəri və praktiki biliyi ilə daimi Daxili Qoşunlar Komandanın və DQBİ-nin İnispeksiya rəisinin diqqət mərkəzində olmuşdur.
Müharibə və Silahlı qüvvələr veteranı ehtiyyatda olan polkovnik Ç.Daşdəmirov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi andin, hərbi nizamələrin və Daxili Qosunların Baş İdarəsinin İnispeksiyası haqqında əsasnamənin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər ücün nümnə olmuşdur.
O, 1999- 2001-ci illərdə Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları (MN,DİN, ƏN, MTN, XDMX və SQ) əməkdaşları və hərbi qulluqçuları arasında keçirilən «Atıcıq» üzrə idman yarışlarında 12 (oniki) komanda arasinda yüksək nəticələr göstərərək 1- ci və 2- ci yerlərə layiq görülmüş Daxili İşlər nazirliyinin yığma komandasınin tərkibində Ç.Daşdəmirov DİN-in yığma komandasının qələbəsinə öz layıqlı tövhəsini vermişdir.
Polkovnik Çingiz Daşdəmirov peşəkarlığı və humanistliyi ilə secilən ən mənalı həyatının 35 ildən coxunu hərbi xidmətə həsr edərək Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstənin zərərləşdirilməsində xüsusi fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezıdentının 30 ıyun 2002ci il tarixli fərmanı ilə Daxili Qoşunlarının Baş idarəsinin İnispeksiyasinda inspektor vəzifəsində xidmət etdiyi müddətdə polkovnik Daşdəmirov Cingiz Əli öğlu «Vətən uğrunda » medalı ilə təltif olunub.
Xidmətdə fərqlənməyə görə polkovnik Çingiz Daşdəmirov SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin,Daxili Qoşunlar Komandanın, Daxili Qoşunlar Komandanın müavinlərinin, Daxili Qoşunların Bas İdarəsinin İnispeksiya rəisinin, təhsil aldığı ali hərbi məktəb rəisinin və xidmət etdiyi Diviziya və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə bir sira medalarla, döş nisanlarla, fəxri fərmanlarla, pul mükafatları ilə, qiymətli hədiyyələrlə mükafatlandırılmışdır vəzifə borclarının layiqincə yerinə yetirilməsinə görə isə ona bir çox təşəkkür elan edilmişdir.
Hal -hazirda ehtiyyatda olan Polkovnik Çingiz Daşdəmirov Daxili Qoşunların Vetiranlar şurasının sədri kimi ictimai vəzivəni yerinə yetirir.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
100 YAŞA, ALLAH SƏNİ QORUSUN ! AMİN .
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev









