AVMVİB rəhbərliyi, Fədai. az kolektivi və Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev Müharibə və Silahlı Qüvvələr Veteranı polkovnik Mirzəyev Məhəmməd Əbdülhüseyin oğlunu doğum günü munasbətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin neymət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Qoy yaşının üstə gələn bu yaş ona, sevinc dolu günlər bəxş, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
«Azərbaycan bayragı » ordenli ehtiyyatda olan polkovnik Mirzəyev Məhəmməd Əbdülhüseyin oğlu 15 avqust 1945 -ci ildə anadan olub. O, 1962-ci ildə orta məktəbi, 1968- ci ildə Daxili İşlər Nazirliyinin Xarkov şəhərində yerləşən Arxa cəbhə üzrə Ali hərbi məktəbi, 1978 — ci ildə isə Sankt- Peterburq (Leninqrad) şəhərində arxa cəbhə və avtonəqliyyat üzrə Hərbi Akademiyanı bitrib.
O,1968 — ci ildə Daxili İşlər Nazirliyinin Ali hərbi məktəbini Əla (Qırmızı diplomla) bitirdiyinə görə öz secimi ilə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Tiflis diviziyasının Baki şəhərində yerləşən Əlahiddə konvoy hərbi hisəsində və Mühhafizə alayında 1978- ci ilə kimi , Maddi texniki təminat xidmətləri üzrə müxtəlif rəhbər vəzifələrdə işləyib.
M.Mirzzəyev 1978 -1990- cı ilərdə SSRİ Daxili İslər Nazirliyinin Daxili Qoşunlarının Daşkənt şəhərində yerləşən hərbi hissəsində hərbi hissə komandirinin arxa cəbhə ximələri üzrə miavini, SSRİ DİN- in Daşkənt şəhərində yerləşən Ali kurslarda baş müəllim, 1991-ci ildə Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən Mərkəzləşdirilmiş anbarların rəisi, 2002-ci ildə Daxili Qoşunların Baş İdarəsinin maddi texniki təminat idarəsində Geyim xidmət rəisi,1993-2004- cü illərdə Daxili Qoşunlar Komandanın Arxa cəbhə üzrə müavini vəzifələrində şərəflə xidmət edib.
«Azərbaycan Bayrağı «ordenli polkovnik Məhəmməd Mirzəyev mənalı həyatının 41(qirıx bir)ilini Daxili İşlər Nazirliyinin Ali Hərbi Məktəbində, Hərbi Akademiyasında, SSRİ DİN-in Ali Kurslarında və Daxili İşlər Nazirliyinin Mərkəzi Anbarında və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində xidmət edərək şərəfli yol keçmiş, Vətənə və xalqa sədaqətlə xidmət etmiş, O, rəhbər vəzifələrdə işləyərkən səmərəli fəaliyyəti ilə, təşkılatçılıq bacarığı ilə,nəzəri və praktiki biliyi ilə, təcürbəsi ilə, işgüzarlıq və mənəvi keyfiyyəti ilə Daxili İşlər Nazirliyinin rəhbərliyinin və Daxili Qosunlar komandanın daimi diqqət mərkəzində olmuşdur.
Müharibə və Silahlı qüvvələr veteranı ehtiyyatda olan polkovnik Məhəmməd Mirzəyev 1994 -cü ildən 2004 — cü ilə kimi hərbi xidmətə qəbul ilə,hərbi qulluqçular tərəfindən tutulmalı olan vəzifələrin komplekləşdirilməsi ilə, hərbi kadırların düzgün seçilməsi ilə, yerləşdirilməsi və tərbiyə edilməsi ilə, hər bir hərbi quluqcunun işgüzar və mənəvi keyfiyyətlərinə obyektiv qiymət verilməsi ilə, xidmətdə irəli cəkilməsi və təhsil almaga göndərilməsi ilə və ilk zabit rütbəsinin verilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində Mandat, Attestasiya və hərbi qulluqçulara məharət dərəcələrinin verilməsi üzrə komissiyalarının üzvü olduğu müddətdə üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirmişdir.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin maddi texniki təminat idarəsinin müasir tələblərə uyğun əsasnaməsinin, maddi texniki təminat idarəsinə aid hüquq normativ aktlarının, əmrlərin, direktivlərin, bütün növ təminat normalarının, formalaşdırılmış sənədlərin , maddi texniki təminat xidmət sahəsində xidmət edən hərbi qulluqçularının ixtisas hazırlığı üzrə tədris proqramların, dərs və metodiki vəsaitlərin hazırlanmasında, maddi texniki təminat xidmətləri üzrə peşəkar zabitlərin, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların, kicik mütəxəssislərin hazırlanmasında, eləcədə onlarla lazımi metodiki təlim toplanışlarının kecirilməsində Daxili Qoşunlar Komandanın Arxa cəbhə üzrə müavini ehtiyyatda olan polkovnik Məhəmməd Mirzəyevin böyük rolu olmuşdur.
Cinayətgarlga qarşı mübarizədə, ictimai qaydanın qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, Daxili Qoşunların Bas İdarəsinin hərbi hissələrinin dislokasiya yerlərinin dəyişməsində, hərbi qulluqçuların daimi dislokasiya və səhra şəhərində yerləşdirilməsi ,qidalanması və bütün təminat növləri üzrə lazımı tədbirlərin həyata keçirilməsi istiqamətində üzərinə düsən məsul vəzifələri hər zaman layıqınca yerinə yetirmiş, xidmət etdiyi illərdə bir çox maddi texniki təminat xidmətləri üzrə peşəkar və təcrübəli zabitlərin, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların yetişdirilməsində xüsusi əməyi olub.
Müharibə və Silahlı Qüvvələr Veteranı ehtiyyatda olan polkovnik Məhəmməd Mirzəyev Vətənə, Dövlətə, Xalqa sədaqətlə xidmət etmişdir. O,Daxili Qoşunlar Komandanın Arxa cəbhə üzrə müavini vəzifəsində xidmət edərkən, təftiş və yekun yoxlama komissiyalarının , kompleks və məqsədli qurupların rəhbəri, DQB-nin MTT xidmətləri üzrə şöbə və xidmət rəislərinin, hərbi hissə komandirləri və onların maddi texniki təminat xidmətləri üzrə müavinilərinin xidmət yerlərinin dəyişməsi (silahlı qüvvələrdən ehtiyata buraxılması) ilə əlaqədar yaradılan komissiyalarının sədri olduğu müddətdə, üzərinə düşən xidməti tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
O,1997 ci ilin aprel ayında Daxili İşlər Nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Türkiyə Cümhuriyyətinin Daxili İşlər Orqanlarının və Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin xidməti və digər fəaliyyətləri ilə yaxından tanış olmaq məqsədilə Ankara, İstanbul, İzmir və Foce şəhərlərində işguzar səfərdə olmuşdur.
O, Türkiyə Cümhuriyyətində səfərdə olduğu müddətdə, Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin Komandanı, Daxili İşlər Nazirliyinin Akademiya rəisi, Türkiyə cümhuriyyətinin Jandarma qüvvələrinin Ankarada İstanbulda, İzmirdə və Foce şəhərində yerləşən Məktəb rəslərinin və bölgə Komandirlərinin müfaviq əmrləri ilə qiymətli hədiyyələrlə mukaflandırlıb.
Məhəmməd Mirzəyev Daxili İşlər Orqanlarında və Daxili Qosunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizanamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə, verilən tapşırıq və sərancamları dəqiq və vaxtında yerinə yetirməkdə tabeliyindəkilər üçün nümunə olmuşdur.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstənin zərərsizləşdirilməsində xüsusi fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezıdentinin 30 iyun 2002 -ci il tarixli fərmanı ilə Daxili Qoşunlar Komandanının Arxa cəbhə üzrə müavini polkovnik Mirzəyev Məhəmməd Əbdülhüseyin oğlu «Azərbaycan Bayrağı » ordeni ilə təltif olunub.
Ehtiyyatda olan polkovnik Məhəmməd Mirzəyev SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında, təhsil aldıgı ali hərbi təhsil müəssisələrində, xidmət etdiyi Diviziya və hərbi hissələrdə xüsusi fəriqləndiyinə görə SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərinin, Daxili Qoşunlar Komdanlarının, təhsil aldığı ali hərbi məktəb və hərbi akademiya rəislərinin, xidmət etdiyi diviziya və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə bir çox medallarla, fəxri fərmanlarla, pul mükafatları ilə və qiymətli hədiyyələrlə mukaflandırlıb və ona təşəkkür elan edilib.
MƏHƏMMƏD MÜƏLLİM, BU YENİ YAŞINIZDA XOŞBƏXTLİKLƏRİN ƏN GÖZƏLİNİ YAŞAYIB, BÜTÜN GÖZƏL ARZULARINIZA CATASINIZ!
AD GÜNÜNÜZ MÜBARƏK OLSUN!
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədr müavini polkovnik Salman Musayev