Marşal Dustumun Özbəkistana qaçması və Taliban Kabil Universitetini ələ keçirməsi bildirilir

Əfqanıstan prezidentinin müavini marşal Abdul Rəşid Dustum sərhədi keçərək Özbəkistana qaçıb.

Bu barədə “RİA Novosti” öz mənbəsinə istinadla məlumat yayıb.

“Dustum müvəqqəti olaraq bir müddət öncə sərhədi keçən hərbçi qrupu ilə birlikdə Özbəkistan ərazisindədir”, — mənbə bildirib. Mənbənin yazdığına görə, hazırda Özbəkistan tərəfi marşalla danışıqlar aparır. Danışıqların təfərrüatı açıqlanmayıb.

Həmçinin bildirilir ki, Taliban qüvvələri paytaxtın qərbində yerləşən Kabil Universitetini ələ keçiriblər. Taliban qüvvələri artıq paytaxtın bir neçə rayonunda öz bayraqlarını qaldırıblar.

Bu xəbəri paylaşın: