TALİBAN KİMDİR VƏ MƏQSƏDİ NƏDİR?

Əfqanıstanda yeni dönəm başladı. Taliban 2001 -ci ildə ABŞ tərəfindən Əfqanıstandan qovuldu.


Ölkədəki qarşıdurmalar nəticəsində ön plana çıxan Taliban, vətəndaşların ən çox axtardığı mövzuya çevrildi.


SSRİ Əfqanıstandan çəkildikdən sonra Şimali Pakistanda Taliban təşkilatı yarandı. Təşkilat üzvləri, xüsusən də Səudiyyə Ərəbistanından muzdlu olaraq gələnlər, sünni İslamın ciddi şəkildə tətbiq edilməli olduğunu düşünənlərdən ibarət bir qurumdur.


Səhər saatlarında Kabul qapılarında dayanan təşkilata, ABŞ və Əfqanıstan ordusunun cavab verməməsi ilə Kabulu mühasirəyə aldı.

Əfqanıstanın bir çox əyalətini ələ keçirən Taliban, Kabul qapılarında gözləməyə davam edir. Lideri Əmir əl-Möminin əmri ilə hərəkət edən təşkilat, Kabulun giriş qapılarını da mühasirəyə aldı. Bir müddət qapılarda gözləyəcəyini açıqlayan təşkilatın lideri, qısa müddətdə Kabilə girəcəklərini ifadə etdi.


Taliban lideri: Mövləvi Hibatullah Axundzadə
Siyasi müavin: Molla Əbdül Qani Baradar
Millət vəkilləri: Molla Məhəmməd Yaqub, Siracuddin Haqqani, Molla Əbdül Həkim


ABŞ -ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad, Taliban lideri Molla Əbdül Qani Baradarın sərbəst buraxılması ilə əlaqədar olaraq, «Pakistan mənim tələbimlə Taliban liderini azad edərək konstruktiv rol oynadı» demişdi.


Xatırladaq ki, Pakistanda 9 il həbsdə olan Talibanın keçmiş liderlərindən Baradar 2010 -cu ildə Pakistanın cənubunda Karaçi şəhərində keçirilən əməliyyat nəticəsində əsir götürülmüşdü.


Barış prosesinə töhfə verəcəyinə inanılan Baradarın 2013 -cü ildə sərbəst buraxılması və həll üçün başqa bir ölkəyə göndərilməsi gündəmdə idi, amma sərbəst buraxılmamışdı və bu iş ABŞ-ın müdaxiləsiylə həyata keçirilmişdi.


Yəni Əfqanıstanın indiki lideri Molla Əbdül Qani Baradar, heç də anti Amerika əqidəli olması yanlış fikirdir.


Bir neçə gün ərzində bütün Əfqanıstanı ələ keçirən Taliban yaraqlıları bu gün dörd istiqamətdən paytaxt Kabula daxil oldular.

Beynəlxalq xəbər agentlikləri ABŞ səfirliyi üzərində uçan vertolyotların və onun yanındakı tüstünün şəkillərini yayırlar.


Əfqanıstan hökuməti idarəetmənin Taliblərə keçməsi üçün danışıqların başlayacağını açıqladı. Artıq «Reuters» müvəqqəti hökumətin adını dünyaya elan etdi.

Əl Ərəbiyyə isə Əfqanıstanın keçmiş daxili işlər naziri Əhməd Cəlali keçid hökumətinin səlahiyyətlərini öz üzərinə götürdüyünü xəbər verib. Məlumata görə, Cəlali Əfqanıstan müvəqqəti hökumətinin rəhbəri seçilib.

Kabula girən Taliban döyüşçülərinə şiddətə əl atmamağı tapşırılıb.


Reuters xəbər agentliyi, Dohada danışan Taliban liderinin Kabuldan çıxmaq istəyənlərə icazə verilməli olduğunu söylədiyini bildirdi.
Taliban lideri qadınların qorunan ərazilərə aparılmasını da tələb edib.

Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: