AVMVİB rəhbərliyi, Fədai.az kolektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyyatda olan polkovnik Salayev Ramiq Yaşar oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan ücün ən şirin neymət olan möhkəm can sağlığı, ailə səadəti həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.
Qoy yaşının üstə gələn bu yaş, ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.
Polkovnik Ramiq Salayev 17 avqust 1980 — ci ildə Naxçıvan şəhərində anadan olub .
O, 1993- cü ildə Naxçıvan şəhər 5 saylı orta məktəbi, 1997-ci ildə Naxçıvan şəhərində idman hərbi təmayüllü Gimnaziyanı, 2001-ci ildə Heydər Əliyev Adına Alı Hərbi məktəbi, 2002-ci ildə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin Xəzər rayonunda yerləşən Ali Hərbi məktəbdə zabitlərin ixtisas artırma kursları, 2013 -ci ildə isə Türkiyə Cümhuriyyətin Silahlı Qüvvələrində Akademik kursları bitrib.
Ramiq Yaşar oğlu Salayev 2002- ci iln İyul ayından 2020- ci ilin sentyabr ayına kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə hərbi hissəsində (əlahiddə Briqadasında) əməliyyat bölüyünün taqım komandiri, xüsusi təyinatlı böluk komandiri, əməliyyat tabor komandirinin müavini -qərargah rəisi, hərbi hissənin Qərargah rəisinin köməkçisi, hərbi hissə komandirinin birinci müavini-qərargah rəisi, Daxili Qoşunların Baş İdarəsinin Qəbələ və Binəqədi rayonlarnda yerləşən hərbi hissələrin isə hərbi hissə (briqada) komandiri vəzifələrində xidmət edib.
Polkovnik Ramiq Salayev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin hərbi hissələrində xidmət etdiyi, təhsil aldıgı Ali hərbi təhsil müəssisələrində isə oxuduğu illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmuşdur.
» Hərbı Xidmətlərinə görə «medalla təltif edilmis polkovnik Salayev Ramiq Yaşar oğlu Peşəkarlığı və humanistliyi ılə seçilən mənalı həyatının 27( iyirmi yeddi) ilindən çoxunu idman hərbi təmayüllü Gimnaziyada və Heydər Əliyev Adına Ali Hərbi məktəbdə təhsil almağa və Daxılı İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətə həsr edərək Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Ramiq Salayev Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində müxtəlif rəhbər vəzifələrdə xidmət edərkən O,səmərəli fəaliyyəti ilə, işgüzar və mənəvi keyfiyyətilə, nəzəri və praktiki biliyi ilə, daimi Azərbaycan Respublikasının Daxili İşlər nazirliyinin rəhbərliyinin, Daxili Qoşunlar Komandanlignin, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirinin və xidmət etdiyi hərbi hissə komandirinin diqqət mərkəzində olmuşdur.
Hərbi xidmət vəzifələrinin icrası zamanı yüksək mənəvi-doyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai-siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətlərinə görə Salayev Ramiq Yaşar oğluna həvəsləndirmə qaydasında vaxtından əvvəl «kapitan » və polkovnik» hərbi rütbələri verilib.
O, Daxili Qoşunlara,xidmət etdiyi hərbi hissəyə həvalə edilmiş vəzifələrin və tapşırıqların yerinə yetirilməsində ,cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşib.
Azərbaycan Dövlətçiliyinin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, öz xidməti vəzifələrinin və hərbi hissənin qarşısına qoyulmuş tapşırıqların yerinə yetirilməsində yüksək peşəkarlıq göstərdiyinə görə Polkovnik Salayev Ramiq Yaşar oğlu Azərbaycan Respublikasının Prezidentinin 10 mart 2012 -ci il tarixli (2084 saylı) Sərəncamı ilə «Hərbi xidmətlərə görə » medalı ilə təltif olunub.
Xidmətdə fəriqləndiyinə görə görə ehtiyyatda olan polkovnik Ramiq Salayev Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirinin,Təhsil aldıgı Ali Hərbi məktəb rəisinin və Daxili Qosunların Baş İdarəsinin Naxçıvan şəhərində yerləşən Əlahiddə hərbi hıssə komandirinin müvafiq əmrləri ilə bir sira medallarla, fəxri fərmanlarla, pul mükafatları ilə, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RAMİQ.
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
100 YAŞA, ALLAH SƏNİ QORUSUN ! AMİN !
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA!
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev