ERMƏNİLƏR YENİ TƏXRİBATLAR TÖRƏTMƏK İSTƏYİRLƏR

Erməni mətbuatının verdiyi məlumata görə, hazırda Ermənistan Azərbaycan sərhədinndə qarşılıqlı atışmalar gedir.

Erməni tərəfi artıq 2 nəfər itki verdiyi barədə məlumatı təsdiqləyib.

Bunlardan biri 46 yaşlı müqavilə ilə qulluq edən gizir, o biri isə 19 yaşlı sıravi əsgərdir.

Bir tərəfdən də Əfqanıstanda Taliban tərəfdarlarının qalib gəlməsi erməniləri bərk qorxuya salıb. Bir neçə erməni politoloqların məntiqi şərhlərinə görə, artıq yaxın günlərdə Pakistan tərəfindən guya Əfqan «terrorçuları» Zəngəzura gətiriləcək və ermənilərə qarşı vuruşacaqlar. Bu xəbəri eşidən sərhəd bölgələrində yaşayan ermənilər istər-istəməz vaxtında qaçmağa üstülük verirlər.

Bir sıra tanınmış müxalifət rəsmiləri və aristlər isə məğlubiyyətlə razılaşmayaraq ehtiyatda olan hərbçiləri birləşməyə çağırırlar.

İSMAYIL TANRIVERDİ

Bu xəbəri paylaşın: