Ruslar Qarabağda «döyüş hazırlığı» təlimləri

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları kontingenti bölgədə döyüş hazırlığı təlimlərinə başlayıblar.

Rusiya Müdafiə Nazirliyinin bugünkü məlumatında bu barədə xəbər verilib.

Rusiya sülhməramlı kontingentinin hərbçiləri təlimlər zamanı Qarabağdakı müşahidə məntəqələrində təhlükəsizlik tapşırıqlarını yerinə yetiriblər. Bu təlimlərə müşahidə məntəqəsinə mümkün hücumun qarşısını almaq kimi vəzifələr də daxil edilib. Rusiya sülhməramlı kontingentinin hərbçisi İvan Zolotarev təlimlər barədə danışarkən «biz hardayıqsa, orda sülh var!» deyə qürrələnib.

O, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin tərkibində xüsusi tapşırıqların yerinə yetirilməsi üçün yaradılan şərait, sosial təminat səviyyəsi, təşkil olunmuş istirahət və idman qurğuları barədə də məlumat verib və bunların yüksək səviyyətə olduğunu vurğulayıb. Bildirib ki, Rusiya sülhməramlı kontingentinin bütün müşahidə məntəqələri hərbi qulluqçuları atıcı silahlardan və qəlpələrdən qorumaq, habelə ətraf ərazini hərtərəfli müşahidə etmək üçün nəzərdə tutulmuş xüsusi istehkamlarla təchiz edilib.

Xatırladaq ki, RF sülhməramlıları bundan öncə keçirdiyi təlimlərdə minamyotlardan və iri çaplı silahlardan hədəflərə atəş tapşırıqlarını yerinə yetirmişdilər. Bu da yüngül silahlı kontingentin məkrli və iyrənc planlarından xəbər verir. Rusiya, Ermənistan və Azərbaycan döv başçılarının 10 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatına əsasən, Qarabağa 1960 hərbi qulluqçu, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika daxil olmaqla Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib. Amma Rusiya hərbçisinin «biz hardayıqsa, orda sülh var!» deyimində böyük yanlış var. Rus haradadırsa, orada qan-qada və xaos var. Elə ona görə də O «MAVİ» bayrağını da, İvan o «sülhünü» də götür «İDİ DOMOY!»

Bu xəbəri paylaşın: