Paşinyandan Türkiyə ilə bağlı açıqlama: «Münasibətləri şərt olmadan davam etdirməyə hazırıq»

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə ilə bağlı açıqlama verib.

Ermənistanın hökumət başçısı Türkiyə ilə əlaqələri bərpa etməyə hazır olduğunu ifadə edib. O, canlı yayımda belə deyib:

«Biz keçmişdə də münasibətlərimizi şərt olmadan düzəltməyə hazır idik. Bu gün də buna hazırıq. Ankara və İrəvan arasında qarşılıqlı etimad yaratmaq üçün münasibətləri şərt olmadan davam etdirməyə hazırıq”.

Bu xəbəri paylaşın: