Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsnin üzvləri Aşura ilə bağlı qan vermə aksiyasına qoşulublar.
Bu barədə Feda.az-a Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsnin sədri polkovnik Elmar Hüseynov məlumat verib.

Elmar Hüseynov bildirib ki, bu aksiyada iştirak etməkdə məqsəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi «Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı» Dövlət Proqramına dəstək vermək, eyni zamanda, müharibədə yaralanmış qazilərimizin qana olan ehtiyaclarını ödəməkdir.
Allah bütün şəhidlərimizin və Şəhid İmam Hüseynin (ə.s) adını daim uca eləsin!
Elnur Səlim
Bu xəbəri paylaşın:
