Üzvü olduğum Fedai.az Araşdırma Qrupu olaraq, ilk gündən, «Tərtər işi» adıyla tariximizin ləkəli səhifəsində baş verən faciələrin məqsədli şəkildə baş verdiyini və bu faciələrlə dolu səhnəylə daha ağır xəyanətləri gizləmək üçün istifadə olunduğunu demişik. Bəli Azərbaycan ordusuna və əsgərinə qarşı cinayət həyata keçirilib. Özü də bu cinayətdə iştirak edən şəxsi heyətin hər iki tərəfi zərərçəkmiş durumuna düşüb. Çünki öncə psixoloji ortam yaradılaraq qarşı tərəfin erməni ilə əlaqələrdə olmasına inandırıblar.
Bu günədək əsil xainlər bir kənarda saxlanılıb. Bir daha şəxsən bu olaylarda günahsız öldürülənləri şəhid, günahsız cəza verilmiş əsgər və zabitlərimizi isə qazi sayıram. Bu mənim mövqeyimdi. Bu gün bu planı işləyən və həyata keçirənlərin kimliyi bəlli görünsə də hədəf ortada yoxdur. Sizcə niyə? Niyə bu araşdırmalarda MN Daxili Təhqiqatın rolunun nədən ibarət olduğu barədə deyil, bu işə bilavəsitə aidiyyatı olanların adları qabardılır.
Bu cinayəti ittiham edəcək ən sonuncu adamlar, məhz Qurban Məmmədov və İlham Aslanoğlu olması barədə dəfələrlə münasibət bildirmişik. Amma canı yanmış və işgəncələr görmüş Azərbaycan insanının faciələri üzərində öz təbliğatını qurmuş bu qaragüruhçuların bu məsələdə hədəfə gətirdikləri bəzi şəxslərin adlarına diqqət yetirin: Q. Məmmədovu yaxından tanıyan bütün siyasi partiya liderləri, o cümlədən İqbal Ağazadə, Tamilla Qulami, ictimai fəallardan — Nəsimi Məmmədli, İlham İsmayıl, gənc bloqqerlər Tofiq Şahmuradov, Taleh Xasməmmədov və başqaları əks fikirlərdə olan hər kəs barədə «video linç» qərarı ilə susdurulmağa çalışılır.
Bu Qurban Məmmədovun bazarlıq konsepsiyasıdır. Ələ keçirdiyi insanların dərdlərini manipulyasiya edərək, guya Azərbaycan insanının dərdlərinə dözə bilmir. Bu «özündən razı vəkil» əsgər və zabitimizin hüququnu qorumağa ləyaqəti olmayan ən sonuncu adamdır. Elə onun dediklərinə inanıb onu müdafiə edənlər də onun həmcinsləridir. Gertsenin məşhur bir kəlamı var: «Sosialistlər haqlı olduqlarına görə deyil, qarşı tərəfin haqsız olmasına görə qalib gəldilər».
VİDEO: https://youtu.be/g_ce0AReNy4
Bəli, orduda əsgər və zabitlərə qarşı cinayət törədilib. Bu cinayəti törədən 11 nəfərin cəzalandırılması da faktı sübut edir. Bu işi Hərbi Prokurorluq müraciətlər əsasında həyata keçirib və məsələ ilə bağlı Respublika Hərbi Prokurorluğunun Mətbuat Xidməti hadisə belə bir məlumat yaymışdı: «İstər dövlətə xəyanət, istərsə də hər hansı hərbi qulluqçuya qarşı törədilmiş şəxsiyyət əleyhinə olan və ya digər cinayətlər ilə əlaqədar hərbi prokurorluqda istintaq olunan hər bir cinayət işi üzrə təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmiş bütün şəxslər cinayət məsuliyyətinə cəlb olunmuş, həmin şəxslər barədə olan işlər aidiyyəti üzrə müvafiq məhkəmələrə göndərilmiş və hər biri üzrə ittiham hökmləri çıxarılmış, həmin hökmlər qanuni qüvvəyə minmişdir. Sözü gedən hökmlərin əksəriyyəti üzrə apelyasiya və kasasiya məhkəmələrinin qərarları da vardır. Cinayət təqibini istisna edən və ya digər hüquqi məsuliyyət yaradan hallar olduqda isə müvafiq qanuni qərarlar qəbul edilmişdir. Hər bir cəmiyyətdə cinayət var, əsas odur ki, cinayət hadisəsinə və cinayət törətmiş şəxsin əməlinə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi qiymət verilsin. Hüququnun pozulduğunu hesab edən istənilən şəxs hər zaman müraciət edə bilər, Hərbi Prokurorluqda hər bir şəxsin müraciətinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxılır və bundan sonra da baxılacaqdır”.
İndi isə bu «zorən jurnalistlərin» apardığı işə niyə ikrahla baxdığımızı və bu adamların bu Dövlətə qarşı düşmənlə sazişə getmələri, şəxsi ambisiyalarını təmin etmək üçün ən məsum körpələrə belə acımadan böhtan atmaları faktını yəqin ki, çoxlarınız bilmirsiniz. Bu həqiqətləri bilən əsgər, xüsusən də zabit bu adamlardan taundan qaçan kimi qaçmalıdır. Hələ öz «canı yananlıq» yalanları və «nağılları» içində gizlənən Qurban Məmmədov — İlham Aslanoğlu cütlüyünün iç üzlərini silsilə olaraq sizlərə təqdim edəcəyik.
Öncə bu «əldəqayırma» «jurnalistlərə» demək istərdim ki, jurnalist, əgər bir faktın yalan olduğunu əminliklə deyirsə, demək doğrunu da mütləq bilməyə borcludur. Bu jurnalistikanın «qızıl qaydasıdır». Əgər bilirsinizsə, bu məsələni açın, sifarişçilərə materialmı yığırsınız?
Həyatı boyu, işi yalnız mənasız danışıqlardan ibarət olan bu adamın şəxsi ambisiyası naminə Vətənə müxalif olmasını belə kimsə dana bilməz. Bu gün dərdli insanların faciələrini peydestal edərək məşhurlaşmaqla yanaşı, beynəlxalq erməni «ÇeTe»sinin «dinc erməni terrorçu» əsirlərinin azad edilməsi üçün əsgər və zabitimizin başına gətirilmiş iyrənclikləri detallı yayınlamağın tək adı və məğzi buna hesablanıb. Bir gün bu materiallar əks arqument kimi bizə qarşı qoyulacağı barədə bir daha xəbərdarlıq edirik. Aidiyyatlı orqanlar hərəkətə keçməli, hüququ pozulmuş insanları bir daha yenidən dinləməlidir. Yəni öz əsgərlərinə bu cür işgəncə verən Azərbaycan Ordusu haqqında, ermənilərin «əsir» kimi təqdim etdiyi terrorçuların da başına gətirildiyi deyilməkdədir.
Qurban Məmmədovun «məşhur» təyyarə terrorundan, yalançı İstanbul «həbsinədək» axmaq oyunlarını hələ də anlamamısınızmı? Bu ölkə əleyhinə, təkcə hakimiyyətə qarşı deyil, şəxsi ambisiyası naminə utanmadan İblislə sazişə gedə biləcək tək adam — Qurban Məmmədovdur. Sizə maraqlı gəlmir ki, aylarla ermənilərlə iş birliyi içində olan Ələkrəm Hümbətova müsahibə üçün yalvaran bu «araşdırmaçı» bloqqer kripto erməni Aleksandr Lapşinlə günlərin birində efiri bölüşür. Onun bu sifarişi kimdən aldığını, bu işdəki maraqları və Lapşinin kripto erməniliyini indi diqqətinizə çatdıracağam. Sizcə bu erməni əlaltılarına Qurban Məmmədov, niyə dayanmadan «kəmənd» atırdı və az qala yalvarırdı? Lapşin erməniyə, Qurbanın isə Lapşinə işlədiyi ortadadır.
Lapşin müsahibədə öz diliylə bunu belə anladıb: “Mən ermənilər üçün yaxşı bir piar formatı idim. Onlar dünyaya göstərə bilərdilər ki, bir yəhudinin başına azərbaycanlılar nə oyun gətirir, biz onlarla necə yaşayaq? Onlar bunu etməyi düşünə bilmədi”.
Həqiqətən də Aleksandr Lapşin erməniliyini gizlədən bir fiqurdur. Ermənilər onun yalançı yəhudiliyindən, müxtəlif məkanlarda Azərbaycanın «anti yəhudi» mövqeyi barədə yalançı informasiya kimi istifadə edir. Onun Azərbaycan — İsrail hərbi əməkdaşlığı əleyhinə İsraildə petisiya toplanması və buna bənzər məkrli oyunlar oynamış erməni lobbisinin oyunçu kimi istifadə etdiyi birisinin AzerFredomda peyda olması, sizcə təsadüfdürmü?
VİDEO: https://youtu.be/alTD1o2a1do
Aleksandr Lapşinin kripto (gizli) erməni olmasına ilk ilişən məşhur yəhudi jurnalist Roman Tsıpin oldu. Öncə atasının təmiz rus, R. Tsıpinlə söhbətində isə atasının yarım rus olduğunu dedikdə, jurnalist ona, yəhudi deyil, İrəvanda provaslav xristian olması barədə dediklərini xatırlatdı. R. Tsıpin ona yəhudi olmadığını dönə-dönə sübut edir. Yəni Qurbanın «yəhudisi» erməni çıxır. Bir şeyi də qeyd edim ki, iki müsahibəni dinləyərək Qurban Məmmədov kimi biriylə eyni ölkədən olduğumdan xəcalət çəkdim. Bu böyük bir ayıb olduğunu izləyin və görün. Bu adam üçün satqınlıq hobbidir…
Yeri gəlmişkən, Q. Məmmədovla müsahibədə A. Lapşin ermənilərdən incikliyini və pulunu tələb edir. Mühacir azərbaycanlının efirində onlara mesaj verir və Qurbanın simasında Azərbaycana necə zərbə vurduğunu öz «ağalarına» çatdırır. Qurban bu sövdələşmədəki rolunu artist kimi oynayır və bu özünü tanımaz Azərbaycan xalqı adından bu iyrənc məxluqdan dönə-dönə üzr istəyir. Yəni ermənilər, məhşur səyahətçi-bloqeri Dağlıq Qarabağa dəvət etməklə, məhşur bir simayla bağlı Azərbaycan tərəfinin atacağı addımı yaxşı hesablayıb. Təbii bunun qarşılığında A.Lapşinə pul da boyun olunub. A. Lapşinin dedikləri düşünməyə əsas verir ki, ona hətta həbs edilərsə, ailəsinin himayə olunacağı belə vəd edilib. Sonradan məhz o vəd yerinə yetirilmədiyi üçün A. Lapşin ermənilərdən incikliyini və pulunu tələb edir. Pul iyi alan kimi bizim maxinatorun efirində onlara mesajlar ötürülür.
Əlbəttə, Q. Məmmədovun 7 bəyənmə və 38 baxışı olan yayımında bu xəyanət faktını öz qaragüruh cameəsinə «böyük demokrat, insan hüququnun müdafiəçisi» kimi sırımağa çalışır. Amma onu yaxından tanıyanlar məsələnin məğzini anında tuturlar. Sadəcə ilkin variantda İsrail — Azərbaycan əlaqələrinin hədəfə gətirilməsini düşünürlər. Amma saxta kimlik arxasında gizli bir erməninin məkrli oyununu hələ də çoxlarınız bilmirik. Bəli ölkəmizə qarşı AzərFredom kripto erməni kartıyla oyuna qoşulur…
Lapşin öz erməniliyi haqqında yazdığı paylaşımlarının birində (https://zen.yandex.ru/media/armmuseum/aleksandr-lapshin-segodnia-voina-v-karabahe-zatronula-lichno-menia-absoliutno-ne-armianina-5f835498109c65627edcc845) «cinayətkar» kimi iz buraxır. Əslində o bu yazıda öz atası Eduard (Edik) Melikyanı necə tapdığından yazır və burada da guya anasının oynaşını tapmaqdan bəhs edir. Həmin yazını diqqətinizə çatdırırıq:
«Səyyah və jurnalist Aleksandr Lapşin Facebook səhifəsində yazıb: «Bu gün Qarabağdakı müharibə erməni olmayan, ümumiyyətlə uzaq İsraildə yaşayan biri kimi, şəxsən mənə təsir etdi. Tanıdığım bir adam cəbhədə öldürüldü. Adı Suren Melikyan idi. Məndən yaşca kiçik bir gənc idi. İrəvanda yaşayırdı və könüllü olaraq müharibəyə getdi. Arxada ailəsi və uşaqları qaldı. Hər şey 1970 -ci ildə başlamışdı. Anam Sverdlovskdakı Ural Dövlət Universitetində (indiki Yekaterinburq) tələbə idi və orada Edik Melikyan adlı bir oğlanla dostluq edirdi. Anam hətta İrəvanda onlara qonaq da getmişdi, onun valideynləri ilə dostlaşmışdı, birgə ölkəni gəzmişdi. Sonra anam Sverdlovskaya qayıtdıqda uzun müddət yazışdılar. Sonra əlaqələri kəsildi.
1976 -cı ildə anam atamla evləndi, mən doğuldum, sonra bacım. Sonra valideynlərim boşandı. Daha çox illər keçdi. Nəticədə, 35 il sonra, 2000 -ci illərin əvvəllərində təsadüfən bu hekayəni öyrəndim və ağlıma macəra dolu bir fikir gəldi.
Edik Melikyanı tapım. Nə fikirləşirsiniz? 35 ildir danışmırdılar, hətta sağ olduğunu da bilmirdim. Anama heç nə deməmək qərarına gəldim. Edik sağ -salamat olsa, bu onun üçün sürpriz olacaq və əgər ölmüş olsa, ona heç nə deməyəcəyəm. Təxminən 2006 -cı il idi. Bir sıra erməni internet forumlarına bir sual verdim və inanılmaz həvəslə ən gözəl insanların mənə kömək etməyi öhdəsinə götürdüklərini gördüm, yalnız adını, soyadını və Sverdlovskda oxuduğu 70-ci illəri bilinən bir adamı tapmağı bacardıqları üçün «Artsax» cəmiyyətinə xüsusi təşəkkürümü bildirirəm.
Armen adlı naməlum bir şəxsdən e-poçtla məlumat aldığımda sevincimi sözlə ifadə edə bilmirəm: “Aleksandr, dünən Edik Melikyanı tapdım. Onunla birlikdə Çarents küçəsindəki verandada oturduq və gözəl çaça içdik. Durma, gəl! »
… Uzun müddət İrəvanın kölgə tutan Çarents küçəsində gəzdim, gözlərimlə ev nömrələri olan işarələri axtardım. Buradakı bütün evlər özəldir-inqilabdan əvvəl tikilmiş 2-3 mərtəbəli yüksək keyfiyyətli binalardı. Koloritli və emosional dayılar yaxınlıqda nərd oynayırdılar və İrəvanın turizm mərkəzindən uzaqda yerləşən bu bölgədəki turist şəxsimə böyük maraqla baxırdılar. Ev nömrəsi olmadığı üçün çaşqınlığımı görüb arxamca qışqırdılar: «Qardaş, kimisə axtarırsan?»
Dayanıb onlara tərəf döndüm: “Bəli, axtarıram. Edik Melikyan əmiyə ehtiyacım var, belə bir adam tanıyırsınızmı?»
Başlarını tərpətdilər — əlbəttə bilirik, bura onun evidir!
Və yüksək səslə qışqırdılar: «Edik-can, Edik-can!» Nə demək olar? Pah-pah, o sağ — salamat idi. 4 oğul və bir qız böyüdərək artıq nəvələrini böyüdürdü. Ziyafətlərimiz bütün gün davam etdi, ikinci gün də.
Sonra anama zəng vurduq, bu xəbər onu çox təsirləndirdi. Axı, gəlişimi tam olaraq onun doğum gününə təyin etmişdim. Və beləliklə, dünən 1970 -ci ildə anamla Sverdlovskda təhsil alan həmin Edik Melikyanın oğlu Suren Melikyan cəbhədə faciəli şəkildə öldü.
Sureni çox yaxşı xatırlayıram, çox gözəl və şən bir oğlan idi (Alexander Lapshin / @lapshin, facebook.com)».
Dil karıxıb bəzən həqiqətləri deyər. Aleksandr Lapşinin isə belə həqiqətləri yetərincədir.
— Aleksandr Lapşinin anası Bella Lapşina 1970-1975-ci illərdə Sverdlovskda (Yekaterinburq) Ural Dövlət Universitetində təhsil alarkən erməni Eduard (Edik) Melikyanla tanış olub və 1975-ci ilin aprel-may aylarında onunla birgə İrəvana gəlib və oğlunun yazdığı kimi Ediklə Ermənistanı gəzib. Yəni Bella unuda bilməyəcəyi günlər yaşayıb. Lapşinin yazdığına görə anası geri döndükdən sonra isə 1976-cı ildə onun «rus atası» ilə ailə həyatı qurub. Bu izdivac 1976-cı ilin yanvar ayında bağlansa belə A. Lapşinin 4 fevral 1976-cı ildə anadan olması onun atasının rus Valeriy deyil, 35 il sonra «anasının koordinatlarıyla» tapdığı erməni Eduard (Edik) olmasını təsdiqləyir. Özü haqqınsa yazdığı qeydlərdə: «1976 -cı ildə anam atamla evləndi, mən doğuldum, sonra bacım. Sonra valideynlərim boşandı» — deyə yazıb. Beləliklə, kripto erməni kimi yetişdirilərək, ondan istifadə olunması Ermənistan məxfi xidmət orqanlarının diqqətində olub. Əgər Lapşin əksini iddia edirsə qoy DNK testini təqdim etsin. Bu gün də informasiya savaşında ermənilər bu faktordan aktiv surətdə istifadə edirlər. Müharibədən sonra İsraildə Azərbaycana silah satışını dayandırmaq barədə petisiya toplayır. Müharibə vaxtı və müharibədən sonra müxtəlif saytlarda yaydığı məqalə və müsahibələrin başlıqlarını diqqətinizə çatdırırıq: «Россия пришла в Арцах навсегда». «Будущее Арцаха это южно-осетинский сценарий». «Вместо победы в Карабахе Азербайджан получил русского солдата». Александр Лапшин: «Под влиянием Турции Алиев влез в болото, из которого есть два выхода». «Большой позор: Лапшин о сбитых беспилотниках» və əziz dostu Qurban Məmmədovun yalandan xalqla məzələnib həbs olunmasına dərhal reaksiya verərək Youtube-də «Азербайджанский журналист возможно арестован за день до интервью со мной» video material yerləşdirir. Tanış üslubdur, deyilmi? Qurban Məmmədovun tam bazarlama üslubu.
Qurban erməni Vladimirə bazarlama öyrədir. Lapşin həmən efir açıb yayın edir və yazır: «Sizə nə deyə bilərəm? Əliyevlər bayram edirlər, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı dinc və zəruri müzakirəni və minlərlə sadə azərbaycanlının suallarına cavablarımı poza bildilər… Layihənin müxalifət lideri və qurucusu Qurban Məmmədov Azərbaycanın tələbi ilə İstanbulda həbs edildiyinə görə AZERFREDOM kanalına müsahibəm ləğv edildi. Azərbaycan mətbuatının yazdığına görə, o, sentyabrın 18 -də cümə günü efirə çıxacağımız barədə elan dərc etməyimdən bir saat sonra həbs edilib» (https://youtu.be/VcVN_HtWNok).
Anlaya bildinizmi, öz beyni ilə düşünə bilənlər? Qurban qazandığı layklar, ona nəyə görə lazımdır? 90-cı illərdə belələrinə əl çalıb 30 il Qarabağsız qaldığımızı da xatırlayın…
— Lapşinin deməyindən aydın olur ki, onun özündən 2 yaş kiçik ögey qardaşı Suren Melikyan da Qarabağda gəbərdilənlərin sırasındadır: доброволец Товмасян Арамаис Константинович, 1997 г.р. доброволец Микаелян Айк Грантович, 1984 г.р. доброволец Меликян Сурен Эдуардович, 1978 г.р. доброволец Манукян Вардгес Ашотович, 1987 г.р. (https://ru.armeniasputnik.am/politics/20201113/25316144/Spisok-pogibshikh-armyanskikh-voennosluzhaschikh—dannye-za-13-noyabrya.html).
Əldə etdiyimiz fotolarda (bax: foto) oxşarlıq göz önündədir.

Ögey qardaşının qisasını almaq üçün bütün gücüylə anti Azərbaycan fəaliyyəti yürüdən Lapşinin Suren Melikyanla oxşarlığı onun erməniliyinin daha bir sübutu kimi qəbul oluna bilər.
— Sizcə niyə Lapşin Rusiya, Ukrayna və İsrail vətəndaşlığı əldə etdiyi halda, ilin çox hissəsini keçirdiyi Ermənistanın heç olmasa fəxri vətəndaşlığını almayıb? Axı ermənilər bu işlərdə pərgardırlar? Hər bir ermənin azı 3 vətəndaşlığının olmasını dəfələrlə yazmışıq və bu faktorla ermənilər, çox saylı diaspor saxtakarlığı edərək siyasi dairələrə təsir imkanları qazanırlar. Özü də Lapşin bütün səyahətlərinin yekununda İrəvana gəlir və hətta facebookda belə bir paylaşım edərək qardaş Türkiyənin ərazi bütövlüyünü erməni kimi təhdid edir: «Бывает, после ночного перелета невыспавшийся подходишь к окну, видишь могучий Арарат и… вся усталость уходит».
— Maraqlıdır ki, Lapşinin həbsi barədə ilk reaksiyanı Rusiya xarici işlər naziri Sergey Lavrov (Kalantaryan) verib. O, Rusiyadan olan bu şəxsin Belorusdan Azərbaycana ekstradisiyasına etiraz edib, habelə Rusiya vətəndaşlarının dünyanın müəyyən bölgələrinə səfərlərinin kriminallaşdırılmasının əleyhinə olduğunu bəyan edib və İsrailin bu istiqamətdə hərəkətə keçməsinə çalışıb. Lapşinin digər müdafiəçilərinə diqqət yetirək: LDPR fraksiyasının lideri Vladimir Jirinovski Belarus prezidenti Lukaşenkonun Rusiya vətəndaşı Aleksandr Lapşini Azərbaycana təhvil verməsini pisləmişdi. Jirinovski bir Azərbaycan düşməni olduğunu hər kəs bu günlərdə daha yaxşı bildi.
Türkiyənin bəzi siyasətçiləri və ictimai xadimləri, Türkiyə Məclisinin deputatı, Yaşıllar Partiyasının qurucusu Ufuk Uras və hüquq müdafiəçisi Şanar Yurdatapan kimi Lapşinin ekstradisiyasına qarşı çıxdılar. Hər ikisi solçu və kripto erməni kimi tanınırlar. Türkiyə əleyhinə apardıqları fəaliyyətlərə görə həbsdə olublar. Hətta kripto erməni Ufuk Uras, Dağlıq Qarabağa qanunsuz olaraq gedən 4 nəfərdən biridir: Ufuk Uras, yazıçı Sait Çetinoğlu, jurnalistlər Əli Bayramoğlu və Erol Katırcıoğlu ilə bağlı haqlarında istintaq başladılmışdı. Bloqqerin dərhal sərbəst buraxılması çağırışına deputatlar Frank Engel (Lüksemburq) və Eleni Theohaus (Kipr) də qoşulmuşdular. Hər ikisi ermənipərəst və türk düşməni olmaları ilə tanınıblar. Və guya Azərbaycan üçün «ölən» Qurban Məmmədov da eyni statusla bu siyahıda yer alıb»…

— Erməni Lapşinlə Qurban Məmmədovun əlaqələri davam etməkdədir. Qarabağa səfər etdiyinə görə Azərbaycan həbsxanasında olan bloqqer Aleksandr Lapşin Facebook səhifəsində bildirib ki, Azərbaycan Təhsil Nazirliyi Azərbaycan xalqının tarixi ilə bağlı yeni dərsliklər nəşr etməyə hazırlaşır, burada dövlətin yaradılması ilə yanaşı, mədəniyyətini və tarixini, bir neçə sətri ona, yəni Saşa Lapşinə həsr edəcək. «Bu səhər demək olar ki, öz yatağımdan gülməkdən yıxıldım. Bunu Avropada yaşayan tanış bir azərbaycanlı jurnalist yazdı (?!). Belə çıxır ki, Azərbaycan Təhsil Nazirliyi Azərbaycan xalqının tarixi ilə bağlı yeni dərsliklər nəşr etməyə hazırlaşır. dövlətin, mədəniyyətinin və tarixinin bir neçə sətri mənə həsr olunacaq, Sverdlovskdan Saşa Lapşin. «Tarixin mərhələləri» bölməsi, aşağıdakılar olacaq: «…

Eramızın III əsrində Azərbaycan İran Sasanilər imperiyası, VII əsrdə — Ərəb Xilafəti və 28 aprel 1920 -ci ildə ADR ərazisində Azərbaycan Sovet Sosialist Respublikasının yaranması ilə işğal edildi. «sonra Qarabağ savaşı haqqında və sonra sətirlər olacaq» elan edildi …
7 fevral 2017 -ci ildə xalqımız erməni təxribatçısı Aleksandr Lapşini gətirərək qəti mövqeyimizi, şərəf və qürurumuzu bütün dünyaya bir daha sübut etdi. Azərbaycan Respublikasında ədalətli mühakimə ”.
Bu faktı da araşdırdıq. Lapşinin iki azərbaycanlı dostu — Emin Milli və Qurban Məmmədov olduğunu gördük. Bu uydurma informasiya tam Qurban Məmmədovun üslubunu görməmək üçün kor olmaq lazımdır. Həm də bu informasiya verilən dövrdə Saşa ilə Emin Milli deyil, Qurban Məmmədov sıx-sıx əlaqə saxlayırdı və bu gülməli fakt fantaziyasını düzəldərək, ermənilər üçün daha etibarlı, ölkə daxilində əlaqələri olan və çevik mənbə olmasını sübuta yetirməyə çalışırdı. Bu erməni tariximizi ələ salır. Çünki … içəridə olduğuna görə qapı kilid saxlamayıb. Hanı bəs bu itin adı, niyə dərsliyə salınmayıb?..
— Həbsdən azad olunan kimi A. Lapşinin səfər etdiyi ilk ölkə erməni diasporunun güclü və maliyyə qaynağının bol olduğu bir ölkədir. Hətta bu ölkədə 1989-1999-cu illərdə Argentina prezidenti, əslən erməni olan Karlos Menem seçilib. Argentinanın ən varlı adamı Edurdo Ernekyan sayılır. O, “American Internatinal Airports and Aeropuertos Argentina 2000” şirkətlərinin prezidentidir. Ernekyanın şirkətləri Argentinanın 32 hava limanını, Uruqvayın, Ekvadorun və Ermənistanın əsas hava limanlarını idarə edir. Ernekyan Latın Amerikasında erməni təşkilatlarının əsas maliyyə donorudur. O, son on il ərzində Ermənistan və Dağlıq Qarabağın müxtəlif fondlarına milyonlarla dollar sərmayə qoyub. Məhz Eduardo Ernekyanın investisiyaları sayəsində Zvartnots hava limanının köhnə terminalı (200 milyon dollar) yenidən qurulub. Lapşin, ümumiyyətlə səyahət etdiyi bütün ölkələrdə, nədənsə rastına yalnız ermənilərə aid olan nələrsə «çıxır» (Bax:https://armedia.am/rus/news/61776/malenkaya-armeniya-v-dalekoiy-argentine-lapshin-fotografii.html).
Ermənilər, erməni mədəniyyəti, erməni adətləri. Əgər bu adam yəhudi olsaydı, gəzdiyi 140 ölkədə arada bir, heç olmasa daha elitar və siyasi cəhətdən daha yetkin yəhudi xalqından da söz açardı. Bax bu bir erməni xislətidi və ermənilərin yəhudilərə daim qısqanclıqla və həsədlə baxmalarının bir izidir.
İndi isə bizim «Dərviş Məstəli şahın Qulaməlisi» rolunu oynayan İlham Aslanoğludan uzun-uzadı danışmağa dəyməz. Çünki onun təkcə vəkillikdən niyə atılmasının bəzi nüanslarını xatırlatmaqla, bu adamın kimliyini və mənəviyyatını anlamaq mümkündür. Bu «zorlama mütəxəssisi»nin vəkil kimi hüququnu qorumaq istədiyi cinayətkarı müdafiə etmək xatirinə, iki az yaşlı (12 və 14 yaşlı) qızları və anasını belə əxlaqsızlıqda suçlayan tələblər irəli sürüb.
Bu barədə əldə etdiyimiz məlumatı diqqətinizə çatdırmağı özümüzə borc bildik: «Komissiyanın rəyinə görə, vəkil cinayət işi üzrə ibtidai istintaq orqanına və məhkəməyə təqdim etdiyi vəsatət və etirazlarında “Böyük ehtimalla onunla əxlaqsız hərəkətlər edən çoxsaylı şəxslərdən bəziləri onun qızları ilə də cinsi əlaqədə olmuşlar.” «Az yaşlı qızlar analarının keçirdiyi həyat tərzinə uyğun olaraq uzun müddətdir ki, müxtəlif şəxslərlə və davamlı olaraq bu işlə məşğul olmuşlar” kimi ifadələrdən istifadə etməklə, cinayət işi üzrə zərərçəkmiş şəxslər olan azyaşlılar, o cümlədən onların anası barəsində həqiqiliyi mötəbər sübut və dəlillərlə təsdiq olunmayan fikirlər yazmış, azyaşlı zərərçəkmiş şəxslərin anasını əxlaqsız hərəkətlər edən şəxs kimi qələmə vermiş, faktı təsdiq edən dəlillər olmadan azyaşlı zərərçəkmiş şəxsləri digər naməlum şəxslərlə, mütəmadi olaraq cinsi əlaqədə olmaqda ittiham etmiş, yalnız özünün şəxsi ehtimalları əsasında onları (azyaşlı qızları və analarını) əxlaqsız hərəkətlər etməkdə, əxlaqsız həyat tərzi keçirməkdə, müxtəlif şəxslərlə davamlı cinsi əlaqədə olmaqda ittiham etmiş, azyaşlıların cinsi toxunulmazlığını ləkələyən əsassız fikirlər irəli sürmüş, vəkil etikasının tələblərini pozmaqla vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermişdir».
Bu onun əməlləri haqqında rəsmi bilgilərdir. Bu gün insan haqlarından dəm vuran İlham Aslanoğlu pula görə şərlədiyi az yaşlı körpələr azərbaycanlı deyildilərmi?
Sizin o işgəncə verən şərəfsizlərdən nəyiniz kəmdir? Yollarınız eynidir. Yəni özünüzü «süddə qaşıq» kimi göstərməyə ehtiyac yoxdur. Ölkəmiz hər kəs bir-birini tanıyacaq qədər kiçikdir.
O cür işgəncələrə dözərək, «ermənilərə işləmək» kimi şərəfsiz bir adı üzərlərinə götürməyənlərin Qurban Məmmədovun toruna düşüb bu iyrənc oyuna alət olmaları qəlbimizi ağrıdır…
Elnur Səlim
Fedai.az-ın redaktoru
Fedai.az Araşdırma Qrupu













