Dul qalan Haykanuşlar Rusiyanın işğal güclərinin (özlərinə sülhməramlı deyirlər) qaynar xəttinə zəng edib əmr edirlər: «Soldat İvana de, gəlib eşşəyin bağını dəyişsin!» «Soldat, İvana de gəlib itə yal bişirsin!», «Soldat, İvana de gəlib zibili atsın!», «Soldat, İvana de gəlib bir qab su gətirsin!»
Rusiya öz imperiya bataqlığında batdıqca batmaqdadır. Qazdıqları və içini pisliklə doldurduqları quyulara özləri düşməkdədirlər. Dünyaya bədbəxtliklərdən qeyri heç nə gətirməyən Rusiyanın terrorçu kimi rəsmən tanıdığı Talibanla Moskvada görüşməsi bu imperiyanın son akkordlarının çalınması deməkdi.
Amma buna baxmayaraq, bizim rusbaşlılar, motaldan» hələ də əl çəkə bilmirlər. Jirinovskiyə «dayı» deyənlərin sırası seyrəlsə də ara-sıra mırıltıları gəlməkdədir. Unutmayın əsrin əvvəllərindəki kimi Rusiya bir daha olmaq üzrə getməyə ev də tapmayacaqlar. Tarix bu bədheybət imperiyanın qulağına əvvəlin sonu gəldiyini pıçıldamaqdadır.
Oxu.az yazır: «Ona görə də, sülhməramlılar istər əkin-biçinlərinə kömək etsin, istər qanlarını versin, istər su daşısın, istərsə də daşınma xidməti göstərsin, bir erməni əlinə düşən fürsəti heç zaman hədər etməz. Nəhəng Rusiyanın sülhməramlısını əlinin altında işlətmək, hər işə buyurmaq ermənilər kimi aciz və cılız insanlar üçün məgər az şeydir? Üstəlik də, bu videonu yaymaqla sülhməramlıların yarıtmazlığını bizim üçün ifşa edir, sülhməramlı missiyanı şübhə altında qoyur, Rusiya dövlətinin imicinə ağır zərbə və sülhməramlıların alnına isə “əlaltı” damğasını vururlar.

Bax, sülhməramlıların növbəti “tamaşa”sının mahiyyəti bundan ibarətdir. Onların ifasında betərin betərini növbəti dəfə gördük, Allah daha betərindən saxlasın…
Video: https://player.baku.tv/embed/42651
Yaxud da bu rus mujik yığnağı maşınlarla su daşıyır və ermənilərin qablarını doldururlar. Dul qalmış Siranuşun yatağında uzanıb, tut arağından içib özgə nə qələt edəsidilər ki?
İVAN, LUÇŞE İDİ DOMOY!
Əli Nəsib Zərdabi


