“Regiondakı problemlərin həlli üçün Türkiyənin üzərinə böyük məsuliyyət düşür”.
Kanal.az xəbər verir ki, Livanın “Gələcək hərəkatı” birliyinin rəhbəri Əhməd Həriri belə açıqlama verib. O bildirib ki, regionda dini ayrı-seçkilik getdikcə dərinləşir. Həririnin sözlərinə görə, Livandakı dini ayrı-seçkilik vətəndaş müharibəsinə yol aça bilər.
“Suni-şiə mübarizəsindən uzaq durmalıyıq, yoxsa ölkələrimiz məhv olacaq” — deyən Həriri, İranın dəstək verdiyi “Hizbullah” təşkilatını da ölkə üçün təhdid adandırıb.
Xatırladaq ki, Livan ermənilərin sıx yaşadığı və siyasi cəhətdən fəal olduğu bir ölkədir.
Bu xəbəri paylaşın:
