TƏBRİK: NAĞI İMANOV

Qarabağ müharibəsinin qəhrəmanlarından olan, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü, «Azərbaycan Bayrağı» ordenli Nağı İmanovun doğum günüdür.

Nağı İmanov Qarabağ separatizminə qarşı başlanmış mübarizənin ilk günündən ön sırada yer almış bir döyüşçüdür. Bu şərəfli yolda ata və qardaşını şəhid vermiş N. İmanovun döyüş yolu cəbhənin ən ağır və məsuliyyətli döyüş meydanlarından keçib. Ağdərə, Ağdam, Füzuli rayonları uğrunda gedən döyüşlərdə cəsur bir komandir kimi özünü göstərib. Bu gün ömrünün bir gününü Vətən torpaqlarının yağılardan azad edildiyi günlərdə qeyd edir və arzusu doğma Sırxavəndin, bütövlükdə Ağdərənin düşmən və onun havadarlarının işğalından azad edilməsidir.

Ad günü münasibətiylə Nağı İmanovu təbrik edir, uzun ömür, can sağlığı və doğma Ağdərədə xoş günlər arzulayırıq.

Bütün gözəl nə varsa, sənin olsun, Nağı bəy!

100 YAŞA!

AVMVİB Rəhbərliyi və Fedai.az kollektivi

Bu xəbəri paylaşın: