Daha bir veteranımızın koronovirusa yoluxması barədə xəbər aldıq.
“Avropa Nəşr Mətbuat Evi” –nin rəhbəri, Əlyazmalar İnstitutunun elmi işçisi, Vətən Müharibəsi veteranı, jurnalist və yazıçı Şöhrət Səlimbəyli də koronovirus (COVİD 19) virusuna yoluxub.

Bu barədə müharibə veteranı, jurnalist Şöhrət Səlimbəylinin qardaşı Əlövsət Səlimov məlumat verib.
Vəziyyəti ağırlaşan Şöhrət Səlimbəyli Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvüdür. Hazırda Semaşko adına xəstəxanaya yerləşdirilib. Dualarınızı əskik etməyin!
Allah şəfa versin!
Elnur Səlim
Bu xəbəri paylaşın:
