Balakən rayonunda şəhid, 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətlər 3 medala layiq görülmüş, «Vətən Müharibəsi Qəhrəmanı», gizir Amin Tacəddin oğlu Novruzovun əziz xatirəsi yad edilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları Ictimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsi sədri Aydın Abdullayevin rəhbərliyi ilə rayonun müharibə veteranları mərasimdə iştirak ediblər.
Şəhid Amin Novruzovun ruhuna duaslar oxunub və məzarına güllər qoyulub.
Müharibə veteranları: «Şəhadətin mübarək, Vətən oğlu! deyə ziyarəti yekunlaşdırıblar.
Vaqif Hümbətov
AVMVİB Balakən rayon şöbəsinin sədr müavini
Bu xəbəri paylaşın:


