AVMVİB sədrinin müavini Vahid Abdurəhmanov koronavirusa yoluxub

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov da koronavirusa (COVİD 19) yoluxub.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Vahid Abdurəhmanovun müalicəsi davam edir və səhəti qənaətbəxşdir. Artıq 10 gündür ki, dualarımız Vahid Abdurəhmanovladır. İntensiv müalicə olunan AVMVİB sədrinin müavini V. Abdurəhmanov onunla maraqlanan veteranlarımıza salamlarını yetirir.

Hər kəs yolunuzu gözləyir, Vahid bəy. Ona görə də qısa müddətdə sıralarımızda sizi gözləyirik.

Allah şəfa versin!

Dualarımız sizinlədir!

Elnur Səlim

Bu xəbəri paylaşın: