Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü 1 ci və 2 ci Qarabağ döyüşlərinin iştirakçısı Xəlil (Mürşüd) Abbasovun doğum günüdür.
Xəlil (Mürşüd) Abbasov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəal üzvü kimi AVMVİB-nin təsis etdiyi Xatirə medallarıyla təltif edilib. O, 44 günlük Vətən müharibəsi günlərində ordumuzun tərkibində bir sıra əməliyyatlarda iştirak etdi.
Doğma Laçının azad edilməsində laçınlı qəhrəman köhnə döyüşçülərin sırasında bir döyüşçü kimi iştirakçı oldu və Vətənin müdafiəsinə bir döyüşçü kimi daim hazır olduğunu ortaya qoydu.
AVMVİB Rəhbərliyi ad günü münasibətiylə Xəlil (Mürşüd) Abbasovu təbrik edir, uzun ömür, can sağlığı və doğma Laçında — dağlar qoynunda xoş günlərlə dolu bir ömür arzulayırıq.
Bütün gözəl nə varsa, sənin olsun, Xəlil bəy!
Qocaman Laçın dağlarının qoynunda 100 YAŞA!
AVMVİB Rəhbərliyi və Fedai.az kollektivi







