Yaponiya Türkiyəyə 410 milyon dollar kredit verəcək

Yaponiya suriyalı miqrantlar üçün Türkiyəyə 45 milyard yen (410 milyon dollar) kredit verəcək.

Yaponiyanın xarici işlər naziri Motegi Toşimitsu Türkiyə səfəri çərçivəsində nazir Mövlud Çavuşoğlu ilə görüşdə bu barədə müqavilə imzalayıb.

Toşimitsu bildirib ki, Yaponiya bu günə qədər Türkiyəyə miqrantlar üçün 550 milyon dollar dəyərində dəstək verib.

Bu xəbəri paylaşın: