ƏFQANISTAN: Lənətlənmiş torpaqmı, siyasətmi?!

ABŞ hər gün fərqli nağıllar uydurur. Məsələn, Entoni Blinken Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qani haqqında danışıb.


O, Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qaninin Kabilin radikal İslamçı Taliban silahlıları tərəfindən alınmasından və uçuşundan bir gün əvvələ qədər ABŞ tərəfini özünün «sonadək mübarizə aparmaq» niyyətinə inandırıb.


Dövlət rəsmisi CBS telekanalının efirində «şahid olduqlarımız olduqca heyrətamizdir. Hökumət yıxıldı. Silahlı qüvvələr çökdü»- deyə bildirib.

Üstəlik, Əfqanıstandan yayılan son görüntülərdə «Taliban» üzvlərinın ABŞ silahları ilə silahlandığı görünür. Görüntülərin təbliğat məqsədi ilə «Taliban» tərəfindən yayımlandığı ehtimal olunur.


Əfqanıstan mətbuatında yer alan məlumatlara görə, ABŞ son 4 ildə yerli təhlükəsizlik qüvvələrinə 208 təyyarə, 4700 «Humvee» də daxil olmaqla 75 min hərbi avtomobil verib. Bunların əksəriyyəti «Taliban»ın əlinə keçib.


Hazırda hərakət üzvlərinin əlində «Black Hawk» helikopterleri və «A-29 Super Tucano» hücum təyyarəsi də var.

ABŞ-ın hadisələrə münasibəti çox gülməlidir. Birləşmiş Ştatlar iyulun əvvəlindən Əfqanıstandan təxminən 33 min insanı təxliyə edib, bu halda onlardan 28 min nəfəri avqustun 14-dən respublikanı tərk edib.


Bu barədə Ağ Evdə jurnalistlər qarşısında çıxış edən ABŞ prezidenti Cozef Bayden bildirib.


O, qeyd edib ki, ABŞ Əfqanıstandan yalnız amerikalıları təxliyə etmir, həm də NATO ölkələrinin, müttəfiq dövlətlərin vətəndaşlarını, onların diplomatik missiyalarının əməkdaşlarını da evakuasiya edir.


Sabiq prezident Tramp məsələyə Alabama ştatında tərəfdarları ilə görüşdə maraqlı münasibət bildirib:


“Biz ordumuzun düşmənə necə təslim olduğunu görürük”, — deyə Tramp bildirib.


Sabiq prezident hazırkı administrasiyanın Əfqanıstanda 83 milyard dollarlıq avadanlıq, hərbi baza və bahalı səfirlik binası qoyduğunu açıqlayıb: “Əfqanıstan cəhənnəmə getdiyi ərəfədə Bayden məzuniyyətə yollandı”.

O, Əfqanıstandakı vəziyyəti “ABŞ tarixində ən böyük hərbi təhqir” adlandırıb: “Milli liderin dəhşətli səriştəsizliyi. Heç bir ölkədə görünməmiş bir şey… Ordunu heç vaxt əvvəlcədən çıxarmazlar, ordu axırda çıxar”.


Hazırda qonşu ölkələrdən ən çox Rusiya və İran əndişə içindədir. Rusiya isə dilemma qarşısında qalıb. Yaxınlaşan təhlükəni önləmək üçün Əfqanıstana müdaxilə etməsi də, etməməsi də hələlik eyni nəticələrə gətirib çıxara bilər. Yəni Rusiyanın «jirinovskisi» qapı arasında qalıb. Putin məsələyə münasibət bildirərək deyib: «Qərbli tərəfdaşlarımız ABŞ və ya digər ölkələrə viza almadan əvvəl qaçqınların Orta Asiya ölkələrinə yerləşdirilməsi məsələsini israrla qaldırırlar. Belə ki, onlar bu ölkələrə, qonşularımıza vizasız göndərilə bilərlər, ancaq ora vizasız getmək istəmirlər? Məsələnin həllində bu alçaldıcı yanaşma nədir?» Rusiya lideri əlavə edib ki, bu məsələ sabah «ölü doğulmuş» Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində gündəmə gətiriləcək və digər yerlərdə də müzakirə ediləcək.


Görünən odur ki, hələ bu xəmir çox su aparacaq. Amma adicə bir fakt bu baş verənlərin tam izahıdır. (Fotoya diqqət edin).


FOTO: 1975 -ci il. Üç Əfqan gənc ABŞ -da, ABŞ təqaüdü ilə təhsil alıblar.

Sağdakı Əfqanıstanın ABŞ-dakı səfiri, ortada Taliblərin hazırkı lideri, soldakı isə ölkəni Taliblərə buraxaraq, qaçan Əfqanıstan prezidenti.

Döyüşlər bitdimi, yoxsa döyüşlər əbədidirmi?..

Əfqanıstan müharibələr diyarı kimi tarixə düşdü, ancaq ölülərin və dirilərin səsləri uzun müddət hamımızı narahat edəcək.

Müharibələr diqqətdən kənarda qalmır. Və buna görə də dünya, müxtəlif dövrlərdə planetimizi sarsıdan faciələri, o cümlədən milyonlarla insanın həyatına son qoyan, sivilizasiyaları geri atan, insanın yaratdığı böyük dəyərləri məhv edən faciələri heç vaxt unutmur. O vaxtdan bəri körpünün altından çoxlu sular axdı. Bu faciələrin əsasını Rusiya qoydu. Özünün iyrənc ambisiyası və mujik inadkarlığı ilə bir ölkəyə faciələr ixrac etdi. Ancaq Tarixin atdığı bumeranqın hədəfi bu gün Rusiyadır.

Bu gün Əfqan döyüşçüləri rus əsgərlərinin dərdinə sızlayır. Bəs əfqanların anaları ana, övladları bala deyilmiydi?

Как много русских мальчиков-солдат
В безмолвной вечности лежат отныне.
И с фотографий маленьких глядят
Глазами удивительно живыми.
О, сколько же в России матерей
Облились горькими слезами.
Их боли не пройти, не отогреть
Под траурными черными платками.

**************

Sətri Tərcümə:

Neçə-neçə gənc rus əsgəri
Bundan sonra səssiz əbədiyyətdə yatırlar.
Kiçik fotoşəkillərindən baxırlar
Amma gözləri möcüzəli şəkildə canlıdır.
Oh, Rusiyada nə qədər analar var
Acı göz yaşlarında boğuldular.
Ağrıları heç vaxt keçməz, isinməz
Qara yaslı yaylıqların altında.

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: