Azərbaycan əsgəri özbaşınalıq etməyib, amma Rusiya sülhməramlılarının nəzarətində olanlar hədlərini aşıblar

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.


Bu barədə Müdafiə Nazirliyindən bildirilib.


Qeyd olunub ki, əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.


«Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib», — məlumatda bildirilib.

Müdafiə Nazirliyinin də təsdiqlədiyi kimi Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

Əsgər C. Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib.

Xatırladım ki, ötən gecə ermənistan mətbuatında yayılan məlumatlara görə, 25 yaşlı azərbaycanlı əsgər Cəmil Babayev Ağdərədə yerləşən evlərin birinə girərək yemək və siqaret istəyib. Ev sahibi isə polisə məlumat verib və Cəmil Babayev həbs edilib.

Ağdərədə qanunsuz polis fəaliyyəti göstərənlərin bu hərəkəti ölkə qanunvericiliyinə görə, əgər ərazi bütövlüyümüzü bərpa etmişiksə, növbəti separatizm faktıdır. Rusiya məsuliyyət zonası deyilən bölgü sazişdə əks olunmayıb. Belə çıxır ki, Bərdədən Yevlaxa gələn hər kəsi Yevlax polisi həbs edə bilər. Rusiyanın bizim ölkədə yaratdığı bu anarxiyaya və yollarımızı təcili azad etməyə çağırmağın vaxtıdır! Sentyabrın 2-də separatçılar istəklərini ortayaqoysa, deməlıi qazanılmış qələbəni Rus faşizmi yenə oğurlayyıb…

Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: