AVMVİB 27 yaşını şəhidlərimizin məzarlarını ziyarət etməklə qeyd etdi

26 avqust 2021-ci ildə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) yaranmasının 27 yaşı qeyd edildi.


Xatırladaq ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) 1994-cü il 26 avqustda ümummilli lider Heydər Əliyevin xeyir-duasi ilə yararmış bir təşkilatdır. Hal- hazırda təşkilatımızın 81000 üzvu var və respublikada ən böyük QHT-dir.
Birliyin 27 yaşının qeyd edilməsi 2 ci Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidlərimizin ziyarət etməklə başlandı. Şəhid məzarları ziyarət edildi və məzarlar üzərinə qərənfillər qoyuldu.


Daha sonra AVMVİB üzvləri Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdilər.


Tədbir Şəhidlər Xiyabanında Şəhidlərimizi ziyarət etməklə, onların müqəddəs ruhlarına dua oxundu. Tədbir iştirakçıları əsrin əvvəllərində Bakının azad edilməsində şəhid olmuş Türk şəhidlərinin xatirəsinə həsr olunmuş abidəni ziyarət etməklə yekunlaşdı.

Müharibə veteranları bildirdilər ki, bu illər içində keçirdiyimiz ən qürurlu ildönümüdür. Çünki azğın düşməni layiq olduğu cəzanı verdik və Vətən torpaqları düşmən tapdağından azad edilib. Qəhrəman ordumuz şanlı bir tarix yazdığı bir ildə şəhid qardaşlarımızın hüzuruna üz ağlığı ilə getdik.


Allah Şəhidlərimizə rəhmət eləsin!


Azad Musayev

AVMVİB Zəngilan rayon şöbəsinin sədri

Orxan Hüseyn

Elnur Səlim

Bu xəbəri paylaşın: