Sərhəddə nə baş verir?

Azərbaycan-Ermənistan dövlət sərhədində sərhəd müdafiə və mühafizəsi fəaliyyətləri üzrə zəruri tədbirlərin keçirilməsi davam etdirilir.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib. Qeyd olunub ki, vəziyyət stabildir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Erməni mediası isə Nikol Paşinyandan sitat gətirərək, bu yolun 21 kilometrinin Azərbaycan ərazisindən keçdiyini təsdiqləyib. 44 günlük savaşdakı tarixi zəfərdən sonra artıq Ordumuz bu əraziyə də nəzarəti ələ alıb.


Ötən gün Ordumuz Şırnıx (Şurnux)-Dərbənd kəndi (Karmrakar) yolunu bağlayıb, bu gün isə Gorus-Urud (Vorotan) yolu qapadılıb.

Xatırladaq ki, Paşinyan bu barədə ölkə parlamentində bildirib. O qeyd edib ki, avqustun 25-i axşamdan Azərbaycan hərbçiləri yolun SSRİ xəritələrinə əsasən Sovet Ermənistanının ərazisi olmayan ərazidən keçən 21 km-lik hissəsini hərəkət üçün bağlayıblar. 

«Onlar bunu Azərbaycan sərhədçisinin ermənilər tərəfindən yaralanması ilə əsaslandırırlar. Biz rəsmi olaraq bəyan edirik ki, bu məlumat həqiqətə uyğun deyil və Azərbaycan tərəfini faktları təhqiqat aparmaq üçün bizə təqdim etməyə çağırıram”, — deyə N.Paşinyan deyib.

Paşinyan həmçinin bildirib ki, Ermənistan məsələni kökündən həll etmək niyyətindədir. Belə ki, onun sözlərinə görə, Qafan-Ağvani yolunun modernləşdirilməsi işləri sürətlə icra olunur: “Sünik vilayəti Ermənistandan ayrılmayıb. Biz belə vəziyyəti əvvəlcədən görürdük və ona görə də yol işlərini sürətlə həyata keçirməyə qərar vermişik”.

İrandan Ermənistana və qanunsuz olaraq Qarabağa yola düşən yardım maşınları iki ölkənin sərhədində dayandırılıb. Ermənilərin törətdiyi təxribatlardan sonra danışıqlara can atır. Lakin ilkin cavabsız qalan bu təklif, Rusiyanın yüksək rütbəli nümayəndəsinin də iştirak etdiyi danışıqlardan sonra da nəticəsiz qalıb.

Əli Nəsib Zərdabi

P.S. Olayla bağlı BBC Azərbaycanca xəbər yayıb.

Bu xəbəri paylaşın: