“Türkiyənin bölgədəki sabitlik çağırışları ilə mesajlarına müsbət mesajlarla cavab verəcəyik”.
Ermənistanın Baş naziri Nikol Paşinyan belə açıqlama verib. O bildirib ki, Türkiyə bölgədə regional sülhün təmin olunması ilə bağlı pozitiv mesajlar verir. Paşinyan bunu müsbət qiymətləndirdiyini ifadə edib.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki gün əvvəlki çıxışı zamanı Qarabağ münaqişəsindən sonra bölgədə davamlı sabitliyin bərqərar edilməsi üçün fürsət yarandığını ifadə edib. Ərdoğanın sözlərinə görə, Ermənistan bu şansdan istifadə edərsə, lazım olan addımlar atılacaq.
Türkiyə Prezidenti bu ilin dekabrında demişdi ki, “əgər Ermənistan “altılıq platforması” təşəbbüsünə qatılsa, əlaqələrdə yeni səhifə açıla bilər”: “Ərdoğan daha sonra iyunun 16-da Azərbaycan parlamentində çıxışı zamanı “Ermənistan Azərbaycanla problemlərini həll etdikcə, biz də Türkiyə olaraq lazımı addımları atacağıq” ifadəsini işlətdi. Ərdoğan bu mövzuya dünən Bitlis vilayətində bir sıra ölkələrin səfirlərinə müraciət edərkən bir daha toxunub: “Qarabağın işğaldan azad edilməsi ilə bölgədə uzunmüddətli sülh üçün şərait yaradılıb. Ermənistan bu şansdan istifadə edərsə, o zaman lazım olan addımları atacağıq”.
