Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sumqayıt şəhər şöbəsi rəhbərliyi müharibə veteranları və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə diş həkimi Elçin Arif oğlu Nəsibovu Fəxri fərmanla təltif edib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sumqayıt şəhər şöbəsinin sədri Timuraz Nansurov məlumat verib.

Təltif mərasimdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müşaviri Şahin Ağayev də iştirak edib.
Həkim Elçin Nəsibova Fəxri fərman təqdim edilib və bildirilib ki, döyüşçülər heç kimi və heç nəyi unutmurlar. Bu cür xeyirxah işlərlə məşğul olan soydaşlarımız daim diqqətimizdə olur.
Təbrik edirik!
Elnur Səlim
