Azərbaycan Respublikasının beynəlxalq humanitar əlaqələrinin inkişafında xidmətlərinə görə Əziz Səncər «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Xatırladaq ki, Əziz Səncər 2015-ci ildə kimya üzrə Nobel mükafatı alıb. 2017-ci ildə Azərbaycanda qonaq olan Əziz Sancar tələbələrlə görüç keçirib. «Türk dünyasını birliyini görmək istəyirəm. Bu uşaqlığımdan bəri mənim arzum olub» fikirlərini səsləndirən Əziz Sancar 2020-ci il, noyabr ayında Azərbaycan Vətən müharibəsini yaxından izləyir. Ermənilərin Gəncəyə atdığı raket nəticəsində hər iki valideyinini itirən körpə Xədicəyə yardım edir. Onun gələcəkdə təhsili üçün bank hesabına böyük miqdarda pul köçürür.
