Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsinin şəhidi qəhrəman döyüşçü Həmdəm Mayıl oğlu Ağayevin doğum günüylə bağlı tədbir keçirilib.
Mərasimə 46 yaşlı şəhid Həmdəm Ağayevin döyüş dostları, komandiri olduğu şəsi heyətin üzvləri, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü həmin döyüşlərdə cəsur komandirin tabeçiliyində döyüşmüş zabitimiz İlkin Rzaquliyev və şəhidin qardaşı oğlu məlumat verib.
Həmdəm Ağayev 1975-ci il sentyabrın 9-da Ağdərə (hazırda Ağdam) rayonunun Sırxavənd kəndində anadan olub. O, 1993-1994-cü illərdə Birinci Qarabağ müharibəsində Ağdərə rayonunun müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 1994-cü ilin mayında müharibənin bitməsindən sonra Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olan Həmdəm Ağayev, 1999-cu ildə ali hərbi təhsilini bitirdi və Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı.
2010-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin 4-cü Ordu Korpusunda xidmət edən Həmdəm Ağayev, 2017-2018-ci illərdə Qusar şəhərində yerləşən «N» saylı hərbi hissənin Komandir müavini — Qərargah rəisi vəzifəsində xidmət elədi.
Həmdəm Ağayev 2018-ci ildən 4-cü Ordu Korpusunun Qərargah rəisi vəzifəsində xidmət edirdi.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Həmdəm Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həmdəm Ağayev oktyabrın 9-da Füzuli döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmdəm Ağayev ölümündən sonra «Vətən uğrunda» medalı, «Azərbaycan Bayrağı» ordeni, «Füzulinin azad olunmasına görə» medalı ilə təltif edilib.
Döyüş dostları bu əfsanəvi komandirin düşmən üzərinə gedərək onlara ağır zərbə vurmasından danışdılar.
Doğum günün mübarək olsun, Şəhid komandir!
Allah şanınızı hər iki dünyada uca eləsin!
Türkay Xaqan




