Müharibə veteranı qızının qəsdən öldürüldüyünü deyir

Müharibə veteranının qızının intihar etməsiylə bağlı xəbər yayılmışdı.


Bu hadisəylə bağlı mərhumənin yaxınları isə tam ayrı fikirdədirlər. Onların dediyinə görə intihar deyil, qəsddir. Ən azı Turan Nəbizadənin ölümündə ölüm həddinə çatdırma maddəsiylə cinayət işinin başlanmalıdır.


Məsələylə bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Naftalan rayon şöbəsinin sədri Əvəz Nəbizadə, Turan Nəbizadənin intiharla deyil, qəsdən öldürüldüyünü bildirib: «Biz 5 qardaş Vətənimizin müdafiəsində iştirak etmişik. 21 avqust 2021-ci ildə Xətai rayonunda yaşadıqları binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar etdiyi deyilir. Əgər bu baş vermişsə də, onu bu həddə çatdıran səbəblər olub. Qaynatası Rauf Tağıyev, onun həyat yoldaşı Nailə Tağıyeva və oğulları Şahin Tağıyev bu cinayətin iştirakçılarıdır. Ona görə də aidiyyatlı qurumlara, ölkə prezidentinə, I Vitse prezidentə, Respublika Baş Prokurorluğuna müraciətlər edərək bu işin nəzarətə götürülməsini xahiş edirik».

Müharibə veteranı olan Məmmədəli Nəbizadə də qızının intihar etməsinə inanmır. Onun dediyinə görə, qızı bu ailədə illərcə psixoloji basqılara məruz qalsa da o, öz övladlarına çox bağlı bir ana imiş. Məmmədəli Nəbizadə bildirdi ki, bu ailə normal bir ailə olmadığını bilirdim. Qızıma hansı işgəncələr verdikləri ilə bağlı dəfələrlə narazılıqlarımız olub. Neçə illər boyu evdən bayıra buraxmadıqları qızım Rusiyada universitet təsili görmüşdü. Lakin bu ailə bu gün onun psixoloji problemi olması barədə şaiyələr yaymağa çalışırlar. Qızımın həyat yoldaşı Şahin Tağıyevin özü normal biri olmayıb. Mənim Qarabağda döyüşdüyümü qınayaraq həmişə qızıma deyirmiş ki, niyə atan gedib Suriyada deyil, burada ermənilərə qarşı döyüşüb? Onun kimlərə xidmət etdiyi də araşdırılmalıdır.


Qızının intiharına inanmayan M. Nəbizadə bu hadisənin məqsədli şəkildə törədildiyinə əmindir. Ölkə rəhbərliyinə və aidiyyatlı qurumlardan bu cinayətin açılmasında kömək istəyir. Müharibə bitdikdən sonra Rusiyada yaşayan Məmmədəli Nəbizadə ədalət istəyir.


81 minlik veteranlar ordusu 5 qardaş Vətən uğrunda döyüşmüş Nəbizadə ailəsinin yanındayıq. Mövzunu nəzarətdə saxlayacağıq. İnanırıq ki, Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi baş vermiş bu hadisəni nəzarətə götürəcək və günahkarları cəzalandıracaq.

Müharibə veteranının acılarına şərikik və AVMVİB Rəhbərliyi adından Nəbizadələr ailəsinə Turan xanımın faciəli surətdə vəfatı ilə bağlı kədərləndiyimizi bildirir və dərin hüznlə başsağlığı veririk.


Allah rəhmət eləsin!

Elnur Səlim

Bu xəbəri paylaşın: