Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili 8 ildən sonra Gürcüstana qayıdıb.
“SAVAŞ” xəbər verir ki, Saakaşvili bu barədə məlumatı öz feysbuk hesabında yazıb.
“Sabahın xeyir, Gürcüstan. 8 ildən sonra Gürcüstandayam”, – deyə Saakaşvili yazıb.
Gürcüstanın Daxili İşlər Nazirliyi hələ ki, Saakaşvilinin ölkədə olmasını nə təsdiq, nə təkzib edir.
Qeyd edək ki, Mixail Saakaşvili bir neçə gün əvvəl oktyabrın 2-nə Kiyev-Tbilisi reysinə bilet aldığını açıqlamışdı.
Bu xəbəri paylaşın:
