Şəhidin Anım tədbiri keçirildi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) şəhid Şirvani Həsənağa Bəhruz oğlunun Anım günü keçirilib. Şəhid Şirvani Həsənağa Bəhruz oğlu Murovdağ silsiləsinin Ömər Aşırımı istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin ictimaiyyətlə əlaqələr üzrə müavini İslam Səfərov məlumat verib.


İ. Səfərov bildirdi ki, tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi, Zəngilan, Xəzər rayon şöbələrinin rəhbərliyi iştirak ediblər. AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov, Zəngilan rayon şöbəsinin sədri Azad Musayev, Xəzər rayon şöbəsinin sədri Rasət Tağıyev və AVMVİB NTK sədri Niyazi Quliyev şəhid Həsənağa Bəhruz oğlu Şirvaninin Anım tədbirində yaxından iştirak ediblər. Müharibə veteranları Müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi tarixi şücaətlərdən danışdılar.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) üzvləri həmin gün Anım günü olan Daxili Qoşunlarda xidmət etmiş şəhidimizin ziyarətinə gələn Daxili Qoşunlar rəhbərliyinin və Daxili İşlər Nazirliyi rəhbərliyinintədbirdə iştirakını Müdafiə Nazirliyinə örnək olaraq göstərmək olar. Çünki MN tərxis olunmuş, şəhid olmuş əsgər və zabitlərimizi heç zaman yad etmirlər, kömək etmək əvəzinə, üstəlik əlavə problemlər yaradırlar.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyevin adından şəhid Həsənağa Şirvaninin anasına Fəxri fərman təqdim edilib və şəhid isə ölümündən sonra AVMVİB-nin təsis etdiyi «Müharibə veteranı» Xatirə medalı ilə təltif edilib.


Şəhid Həsənağa Şirvaninin məzarı ziyarət olunub, məzar üzərinə əklil və gül qoyulub.

Allah şəhidlərimizə rəhmət eləsin!


Nurlan Məmmədli

Bu xəbəri paylaşın: