Vladimir Putinin Rəcəb Tayyib Ərdoğanla görüşü başa çatsa da müzakirələr davam edir

Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü barədə müxtəlif fikirlər mövcuddur.


Anti Türkiyə mövqeyi ilə seçilən Rusiya KİV-ləri və ermənipərəst dairələr vəchlə bu görüş barədə yanlış məlumatlar yaymağa çalışırlar.
Rəsmi olaraq hər iki tərəfin əldə olunmuş razılaşmalardan söz açılsa da, Ura.ru yazır ki, Soçidə keçirilən görüşdə Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Ankaranın Suriya və Qafqazdakı hərəkətləri ilə bağlı ultimatum verib.


Rusiya Federasiyasının lideri yüksək səviyyəli qonağa dövlətlərimiz arasındakı münasibətlərin ən həssas nöqtəsinin Türkiyə iqtisadiyyatı olduğunu bildirib.


Onların fikrincə, Moskva ilə Ankara arasındakı dialoqdakı iqtisadi arqument geosiyasi mövzularda əsas müzakirə mövzusu olub.


Ərdoğan Suriyanın İdlib əyalətində Türkiyənin varlığını gücləndirməyə və Zaqafqaziyada Rusiyanın işlərinə qarışmağa davam edərsə, Rusiya onun ən zəif yerinə — Türkiyənin biznesinə zərbə vura bilər. Bunun üçün Rusiyanın bütün rıçaqları var.

«РУДН Strateji Araşdırmalar və Proqnozlar İnstitutunun direktor müavini, Rusiya Federasiyası İctimai Palatasının üzvü Nikita Danyuk bildirib ki, bu ziddiyyətlər yaxın gələcəkdə həll olunmasa, bəzi iqtisadi layihələrin məhdudlaşdırılacağını, turizm və kənd təsərrüfatı idxalının zərər çəkəcəyini istisna etmirəm».


Müstəqil Strateji Qiymətləndirmə İnstitutunun direktoru Sergey Oznobişev isə deyir ki, Putinlə Ərdoğan arasındakı görüşün xeyirxah tonuna baxmayaraq, əslində Rusiya Türkiyəni etibarlı tərəfdaş olaraq görmür.

Politoloq, «Siqnal Türkiyəyə göndərildi. Növbəti turist axınının məhdudlaşdırılması şəklində bir siqnal olacaq. Və bunun bəhanəsi əlindədir — bütün dünyanı bürümüş bir pandemiya» — deyə mövqe bildirib.


Xatırladaq ki, 29 sentyabr, çərşənbə günü Putinlə Ərdoğan arasında danışıqlar təxminən üç saat davam edib.


«Rusiya Prezidenti Vladimir Putinlə görüşümüzün əsas mövzusu regional məsələlər oldu. Görüşdə «Qarabağ məsələsini da geniş şəkildə müzakirə etdik. Birgə atılması mümkün olan addımlar barədə səmimi fikir mübadiləsi apardıq».


Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. «Zəngəzur dəhlizi bütün bölgə üçün vacib imkan yaradacaq. Orada çəkiləcək avtomobil və dəmir yol xətti bütün bölgə ölkələri üçün iqtisadi-ticari imkanlar açacaq. Azərbaycan bu dəhliz üçün çox geniş işlər görür. Təbii ki, Ermənistan tərəfinin bu dəhlizlə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir”, – R.T.Ərdoğan jurnalistlərə açıqlamasında vurğulayıb.


Zəngəzur dəhlizi bütün bölgə üçün önəmli bir imkan olacaq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.


“Burada reallaşacaq quru və dəmir yolu xətləri bütün bölgə ölkələri üçün ticarət və iqtisadiyyat fürsətləri gətirəcək. Azərbaycan bu dəhliz üçün genişmiqyaslı işlər aparır. Təbii ki, Ermənistan tərəfinin öhdəliklərini icra etməsi lazımdır”, – deyə o bildirib.

Rusiya prezidenti Türkiyənin Qarabağ məsələsindəki rolunu bir daha qeyd edib:


“Kreml sahibi anlayır ki, Rusiya keçmiş illərdən fərqli olaraq, bölgədə Türkiyənin maraqlarını nəzərə almadan hərəkət edə bilməyəcək. Ancaq Putin eyni zamanda Türkiyənin də Rusiyanın Cənubi Qafqazdakı maraqlarıyla hesablaşmasını istəyir.


Aydındır ki, Kreml Azərbaycanın və Türkiyənin maraqlarını tam şəkildə nəzərə almayacaq və bir görüşlə bütün suallara cavab vermək mümkün deyil. Buna baxmayaraq, Soçidə Türkiyə və Rusiya prezidentlərinin növbəti görüşü Azərbaycanın maraqlarına cavab verir. Bu görüşlərin mütəmadi keçirilməsi və liderlər arasında telefon danışıqları tərəflərin bir-birindən asılılığını artırır. Əlbəttə, hər iki dövlətin liderinin baxışlarında fərqlər də var, ancaq önəmli olan dialoqun davam etməsi və ortaq nöqtələrin tapılmasıdır”.

Bu görüşlə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində deyib:


«Yəqin bilirsiniz, bu yaxınlarda iki ölkə prezidentlərinin görüşü oldu. Digər məsələlərlə yanaşı, onlar Ermənistanla Azərbaycan arasında vəziyyəti müzakirə etdilər. Biz hər iki ölkənin rolunu çox müsbət, sabitləşdirici rol kimi dəyərləndiririk. Fikrimcə, bu, yeni regional əməkdaşlıq düsturunun özəyini təşkil edir».


Rəsmi olaraq, Türkiyənin Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın “Haber Global”a müsahibəsində belə deyib. O bildirib:
“İşğaldan azad olunan Qarabağ torpağında bərpa işləri sürətlə davam etdirilir. Bir ildə əldə edilən nəticəni görsəniz, qürur duyarsınız. Füzuli aeroportunun inşası bitmək üzrədir. Yaxın vaxtlarda hava limanının açılışı olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da açılış mərasiminə qatılacaq”.


New York Times: «ABŞ «Patriot” komplekslərini satsaydı, Türkiyə Rusiyadan S-400 hava müdafiə sistemlərini almazdı”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri həmçinin Rusiyanın hava hücumundan müdafiə sistemlərinin alınmasının ABŞ-la münasibətlərinə təsirlərindən də danışıb.


«Düşünürəm ki, buna dəyərdi… İstədiyimiz kimi müdafiəmizi gücləndirmək haqqımız var”, — deyə Ərdoğan vurğulayıb.

Kremldən Putin-Ərdoğan görüşü ilə bağlı Rusiyanın rəsmi açıqlamasında deyilir:


«Soçi görüşündə Türkiyə və Rusiya prezidentləri Suriya, Əfqanıstan, Liviya və Qarabağ məsələsini müzakirə ediblər.

Bunu Kremlin mətbuat katibi Dimitri Peskov Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Soçi görüşü barədə deyərkən söyləyib. “Rusiya tərəflərin sərhədlərinin müəyyənləşdirilməsi və nəqliyyat infrastrukturunun inkişafı məsələsində kompromisli həllər axtarmağın vacibliyini vurğulayıb” – Peskov bildirib.


Kreml sözçüsü tərəflərin hərbi-texniki əməkdaşlığın davam etdirilməsi və S-400 raket müdafiə sistemləri ilə bağlı təmasların genişləndisilməsi mövzusunda da müzakirələr apardığını deyib.Peskov əlavə edib kji, S-400-ün bəzi hissələrinin Türkiyədə istehsal edilməsi ehtimalı var.

Soçi görüşündə dövlət başçılarının hərbi aviasiya əməkdaşlığını da gündəmə gətirdiyi qeyd edilib:


“Putin və Ərdoğan iki ölkənin gündəmində olan böyük layihələri də müzakirə etdilər. İlk növbədə, Akkuyu Atom Elektrik Stansiyasının ilk qurğusunun inşasının davam etdirilməsi və sona çatdırılmasından danışılıb. Yeni qurğuların inşası və Türkiyədə inkişaf etməkdə olan dinc atom enerjisi sektorunda əməkdaşlığımız baxımından görülməli olan işlərdən bəhs edilib”.


Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya jurnalistlərə açıqlama verib.


O, Azərbaycana qarşı Ermənistanı dəstəkləmədiklərini əlavə edib.

“Bəli, Türkiyə Azərbaycanı birmənalı şəkildə dəstəkləyir. Biz bunu bilirik. Amma bu o demək deyil ki, biz digəör tərəfdəyik, Ermənistanı Azərbaycana qarşı dəstəkləyirik. Bu belə deyil. Münaqişənin ədalətli yolla həllini dəstəkləyirik, atəşin dayandırılmasını dəstəkləyirik, hərbi əməliyyatların dayandırılmasını dəstəkləyirik”- deyə Nebenzya söyləyib.


Yüksək vəzifəli rusiyalı diplomatın bu açıqlaması Ermənistanda ciddi narahatlıq doğurub.

Qeyd edək ki, Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü barədə müxtəlif rəylər və fikirlər mövcuddur. Xarici mətbuatda da görüşün nəticələri haqqında yetkin rəy yoxdur. Bu görüşün nəticələrini real siyasi və hərbi strateji proseslərin gedişatında izləməli olacağıq.


Elnur Səlim

Bu xəbəri paylaşın: