GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Azərbaycanla sərhəddə Azərbaycana qarşı başladığı “Xeybər fatehləri” adlı hərbi təlimlərində Ermənistanla əməkdaşlıq edir. Artıq Ermənistan İranın Azərbaycana qarşı keçirdiyi təlimlərə əməli dəstək verib.
Rusiya KİV xəbər verir ki, rəsmi İrəvan bu məqsədlə öz hava məkanını İranın pilotsuz uçuş aparatları üçün açıq elan edib.
Bu icazənin müvəqqəti xarakter daşıdığı bildirilir. Məlumata Ermənistan və İranın rəsmi orqanları tərəfindən münasibət bildirilməyib.

Amma əldə etdiyimiz məlumatlara görə İrana məxsus PUA-lar Ermənistan ərazilərində uçuşlar edib. Bu fakt İranın riyakarlığını bir daha sübut edir.
Qeyd edim ki, İran quru qoşunları komandanlığının cümə günü Azərbaycanla sərhəddə başlatdığı və «Xeybər fatehləri» adını verdiyi hərbi təlimlərə «zirehli bölmələr, artilleriya bölmələri, PUA, elektron müharibə və hərbi aviasiyadan» atəş açmaq taktikası daxil edilib.
İranın siyasi rəsmiləri bu təlimləri bölgənin «stabilliyi və sülhü» naminə apardıqlarını desələr də, ölkənin hərbi təmsilçiləri müharibə oyunlarının məqsədini «bölgədə sionist təhlükə» ilə izah ediblər. Yəni konkret olaraq, İran keçirdiyi hərbi təlimin hansı məqsəd daşıdığını heç özü də bilmədiyi üzə çıxır.

Başqa bir mənbədən əldə etdiyimiz məlumata görə, İran bu təlimləri daxildə günbəgün artan etnik və sosial narazılığı hədəfə alıb. Çünki az öncə təlim keçirilən ərazidən olan millət vəkili bölgənin talanan mis-qızıl və s. təbii sərvətləri haqqında çıxış edərək daşınan filizin bölgədə deyil, farslar yaşayan bölgələrdə istehsalına öz narazılığını bildirmiş və 25 ostandan çox sərvəti talanan Bəzirqan, Dəştur mədənlərindən bölgəyə talan edilmiş təbiətin qalmasını səsləndirmişdi. Həmçinin etnik ərəblərin yaşadığı bölgə əhalisi isə neft-qaz çıxan əyalətdə yaşayışın və sosial problemlərdən narazılıqlarını bildirməkdədirlər. Yəni İran bu təlimlə daha çox üsyankar əhalini qorxutmağa çalışıb.

Əldə etdiyimiz son məlumata görə isə, hərbi təlimlərdə səriştəsizlik də diqqət çəkir. «Xeybərin fatehləri»nin bu təlimdə14 hərbçinin, bəzi mənbələrdə isə daha çox əsgər və zabitin yaralandığı xəbər verilib. Yaralılardan 6 nəfəri ağır, 8 nəfəri isə müxtəlif dərəcəli yaralar alıblar. Məlumatda bildirilir ki, bu hərbçilərdən 4 nəfərin əl və ayaqları amputasiya edilib. Bu hərbi qəzaya səbəb hərbi helikopterin səhvən şəxsi heyəti bombalaması olub. Yaralılara şəfa diləyir və mollalara Allahdan iman arzulayırıq…
Elə bu fakt yuxarıda dediyim, bu hərbi təlim, İranın ölkə daxilindəki narazı xalqa gövdə nümayişi kimi tarixə düşdü. Təlimdə əldə olunmuş «nəticə» də elə dediyimizi təsdiqləyir…

Əli Nəsib Zərdabi
