Tam 100 il bundan öncə: «Azərbaycanlı qardaşlarımızdan nə istədin?»

«Mudros» müqaviləsindən sonra Osmanlı ordusu Azərbaycandan çıxmaq məcburiyyətində qalır. Azərbaycanda qalmaq istəyən Osmanlı əsgər və zabitlərini Azərbaycan Ordusu öz sıralarına qəbul edir. Bunların əksəriyyəti «Bakı Qarnizonu», ADR «Mühafizə Alayı» və Osmanlı hərbiçilərindən ibarət Yardım Alayında cəmləşdirilir . Müdafiə Nazirliyi bu Yardım Alayını saxlamaq üçün illik 1 milyon Bakı kronu vəsait ayırsa da, MN general Mehmandarov bu alaya güvənmədiyi üçün Alay heç bir fəaliyyət göstərmir.


1920-ci il işğal ərəfəsində Azərbaycandakı Osmanlı hərbçiləri 2 qurupa ayrılır. ADR müstəqilliyini dəstəkləyən Nuru paşaya bağlı qrup və bolşevik hakimiyyətini dəstəkləyən Xəlil və Ənvər «paşaya bağlı İttihatçılar» qrupu.


1920-ci il Novruz bayramı ərəfəsində ermənilər Qarabağda cinayətlər törətdiyi üçün ADR Bakı şəhərində 2000 nəfərlik qarnizon saxlayaraq butün ordunu Qarabağ istiqamətinə göndərir. Bu 2000 nəfərlik ordunun da əsas hissələri Çingiz İldırıma bağlı donanma, Osmanlı hərbçilərindən ibarət Yardım Alayı və əsas hissələri Osmanlı hərbçilərindən ibarət 150 nəfərlik Mühafizə Alayından ibarət olur. Aprel ayında parlamentdə siyasi parçalanmalar baş verir. Sonuncu Baş nazirimiz M.H. Hacınski ruslardan pul adığı üçün hökuməti formalaşdırmağı gecikdirir, son parlament iclasında Müsavatdan ayrıaraq Bolşevik partiyasına yazılır. Bununla da siyasi böhran böyüyür.


‌»III İnternasional» zirehli qatarı Azərbaycana daxil olduqdan sonra Bakıdakı Xəlil-Ənvər paşalara bağlı Osmanlı hərbçiləri ADR-ə qarşı təxribata keçirlər. Baha Said və Nail bəy «Könüllü ordu komandanlığı» yaradaraq partizan hərəkatına başlayırlar. Əhali arasında gələn Rus ordusunun Türkiyəyə yardıma gedəcəyi təbliğatını aparırlar.

M.Ə. Rəsulzadənin rəhbərliyindəki Müsavatçılar Bakıda rus-bolşeviklərə qarşı mübarizə apara bilməyəcəklərini gördükdə, paytaxtı Bakıdan Gəncəyə köçürtmək istəyirlər. Bunun üçün Mərkəzi Bankdan aldıqları 100 milyon pulu qatara yükləyirlər. Lakin qatar hərəkət etdiyi zaman Mühafizə Alayı Xalid bəy başda olmaqla digər 50 Osmanlı hərbçisi qatarın qarşısını kəsirlər. Pulları müsadirə etməklə yanaşı, Müsavatçıları həbs edərək bolşeviklərə təhvil verirlər. Bununla da heç bir çıxış yolu qalmayan Müsavatçılar hakimiyyəti məcburi şəkildə bolşeviklərə təslim edirlər.

На изображении может находиться: 1 человек, часть тела крупным планом


‌ Bolşevik işğalından sonra partizanlıq edən Osmanlı hərbçiləri təqib olunurlar. Tutulanlar güllələnirlər. Nail bəy Türkiyəyə, Xalid bəysə Ənvər paşanın yanına qaçır.


‌Xalid bəy 1922- ci ildə Tacikistanda Ənvər paşa ilə birlikdə öldürülür. Nail bəy isə Atatürkə qarşı «İzmir Sui-qəsdi»ndə iştirak etdiyi üçün edam edilir.


P.S. «İzmir Sui-qəsdi» məhkəməsində hakim Ali Çetinkaya Nail bəyə sual verir ki, axı sən Azərbaycanlı qardaşlarımızdan nə istədin? 2 il əvvəl qanımızla müdafiə etdiyimiz qardaşlarımızı niyə ruslara təslim etdin?


‌Nail bəy cavab verə bilmir bu suala…

Hüseyn Qaraqoyunlu (Fb)

P.P.S. Biz bir xalq olaraq öz tariximizlə üzləşməliyik…

Bu xəbəri paylaşın: