Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi veteranları şəhidlərimizlə bağlı silsilə tədbirləri davam etdiriblər.
Beyləqan rayonu Kəbirli kəndində Şəhid bulağı kompleksinin açılışı olub.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov məlumat verib.
Əlövsət Məmmədov bildirib ki, AVMVİB sədri F. Rzaquliyevin adından şəhid Şamxal Xasay oğlu Abbasova Xatirə medalı və Fəxri fərman Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi Akif Həsənov tərəfindən təqdim edilib. Bundan sonra da şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.
Xatırladaq ki, Beyləqan rayonu Kəbirli kəndində 17 şəhidimiz uyuyur.
Elnur Səlim
