Daha bir icra başçısı saxlanıldı — DTX İcra Hakimiyyətinin binasına girdi

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri bu dəqiqələrdə Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.

Artıq İcra Hakimiyyətinin binasına giriş qadağan edilib.

İcra başçısı və bir neçə müavini saxlanılaraq Bakıya gətirilib.

Qeyd edək ki, Mahir Quliyev 2011-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. (qafqazinfo)

Bu xəbəri paylaşın: