AVMVİB görüş keçirdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev və AVMVİB Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi (ƏƏSMN) Sosial Xidmətlər Agentliyi İdarə Heyətinin sədri Vüqar Behbudovla görüşüblər.


Müharibə əlillərini və müharibə veteranlarını maraqlandıran problemlər müzakirə olunub. Bu istiqamətdə Sosial Xidmətlər Agentliyi İdarə Heyətinin fəaliyyəti təqdir edilib. Qaldırılan məsələlərin diqqətdə saxlanacağı bildirilib.


ƏƏSMN Sosial Xidmətlər Agentliyi İdarə Heyətinin sədri Vüqar Behbudov müharibə əlillərinə, veteranlara göstərdiyi diqqət və qayğıya görə AVMVİB-nin Fəxri fərmanı ilə təltif edilib.

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: