Məlumatda bildirilir ki, bu gün Azərbaycanda koronavirusla bağlı 5700 test edilib. Bununla da ölkə ərazisində indiyə qədər edilən testlərin sayı 143079-a çatıb.
Qeyd edək ki, bu gün Azərbaycanda daha 38 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Bir nəfər isə vəfat edib.