Prezident İlham Əliyev Akif Əsgərovun 2-ci dərəcəli «Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycanda heykəltəraşlıq sənətinin inkişafında xidmətlərinə görə Akif İzzətulla oğlu Əsgərov 2-ci dərəcəli «Əmək” ordeni ilə təltif edilib.
Dövlət başçısının daha bir sərəncamı ilə Azərbaycanda estrada sənətinin inkişafında xidmətlərinə görə Niyaməddin Cabbar oğlu Musayev 2-ci dərəcəli «Əmək” ordeni ilə təltif edilib.
Qeyd edək ki, mayın 1-də A.Əskərovun və N. Musayevin 80 yaşı tamam olur.