Qaradağ rayonunda şəhidin Anım tədbiri keçirilib

Qaradağ rayonu Ələt qəsəbəsi 302 saylı orta məktəbdə Şəhid Elnur İbrahimovun xatirəsinə həsr olunmuş möhtəşəm Anım mərasimi keçirildi.


Tədbirdə şəhid ailələri, qazi və veteranlar, Qaradağ rayonu İcra Hakimiyyəti Başçısının birinci müavini, rayonu YAP təşkilatının sədri, Milli məclisin deputatı Aydın Hüseynov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Yasamal rayon təşkilatının sədri Salman Hüseynov, Yasamal rayon Gənc Qazilər şöbəsinin sədri Oruc Baxşəliyev çıxış etdilər.


Məktəblilər hazırladığı ədəbi-bədii kompozisiyaları nümayiş etdirdilər.


Allah şəhidlərə rəhmət eləsin!


Mətn və fotolar Orxan Hüseynova məxsusdur

Bu xəbəri paylaşın: