Zəngilanlı veteranlar Anım tədbirində iştirak ediblər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsinin veteranları Sumqayıt Şəhidlər Xiyabanında Vətən Müharibəsi şəhidi Abdüləzimli Emil Rasif oğlunun şəhadətə yüksəlməsinin 1-ci il dönümü münasibətilə məzarını ziyarət ediblər.

Şəhidimizin məzarına gül dəstəlıri düzüb ruhuna dualar oxuyublar.

Tədbirdə şəhidimizin ailə üzvləri, dostları, oxuduğu məktəbin müəllim və şagird kollektivi, rayon ictimayətinin nümayəndələri və AVMVİB Zəngilan rayon şöbəsinin üzvləri iştirak ediblər.

Sonra tədbir mərasim evində Azərbaycan Respublikasının Dövlət Himninin çalınması ilə davam edib.

Tədbiri 1-ci Vətən Müharibəsinin — ci qrup əlili,İlahiyyatçı, dinşunas alim Hacı Həsən idarə edirdi.

Allahdan şəhidlərimizə rəhmət diləyirik!

AVMVİB Zəngilan rayon şöbəsi nin sədri Azad Musayev

Bu xəbəri paylaşın: