«İran türkologiyasının banisi Karl Foy (1903-1904) İran azərrbaycancasını ilk dəfə daha elmi tərəfdən tədqiq edən şəxs olub. O, İran Azərbaycanında ümumilikdə standard dil sayılan, lakin rəsmi yazı dil halına gəlməyən Təbriz dialekti üzərində xüsusi tədqiqat aparıb. Foy həmçinin daha kiçik həcmdə Urmiya dialektini də araşdırıb. Bunlar əlavə o, Doğu Anadoludakı Ərzurumun dilinin ilk dəfə olaraq Türkiyə türkcəsi deyil, Azərbaycan türkcəsi olduğunu dərk edən şəxsdir.
İran azərbaycancasının tədqiqatına sonralar töhvə verən şəxslər H. Ritter (1921, 1935) və H. S. Şapşaldır. Bu dilin yayılmasının Doğu sərhədi ilk öncə bəlli olaraq görünürdü, lakin Göttingen universitetinin 1973-cü ildə apardığı tədqiqat nəticəsində əlavə dialektlər aşkar edildi. İlk olaraq Xəzər dənizinin doğu-quzey sahilində yerləşən Qalugah dialekti ortaya çıxdı. Bir ara bu dialektin azərbaycancanın ən doğu dialekti olduğunu düşünürdülər. Lakin sonradan daha ətraflı araşdırma Quzey Xorasanda, daha dəqiq desək, Dərəgəz və Lütfabadda da azərbaycanlıların yaşadıqları anklavların olduğunu üzə çıxartdı.»
E. A. Csato, L. Johanson, «The Turkic Languages», səh. 273-274
Fb: Türkün səsi
