Sergey Lavrovun Qarabağ ətrafındakı rayonların azad edilməsindən açıq şəkildə danışması ölkədə bir mənalı qarşılanmayıb. Məsələ ilə bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevə müraciət edərək, bu məsələyə veteranların münasibətini öyrəndik.

AVMVİB sədri Füzuli Rzaquliyev məsələ ilə bağlı dedi: «Rusiya XİN başçısı Sergey Lavrovun Qarabağ probleminin həlli ilə bağlı verdiyi bəyanatlar, Ermənistandan daha çox Azərbaycanda əks-səda doğurub. Bu bir daha göstərir ki, bizim cəmiyyət və informasiya məkanı hər cür dezinformasiyaya və problemlə bağlı ziyanlı xəbərlərə açıqdır. Bu da bir daha göstərir ki, yenə Rusiyanın erməni ruporları olan Simonyan-Lavrov birliyinin Qarabağla bağlı yaydığı bu bəyanat, əslində ermənilərə Qorbaçov dönəmində Aqanbekyanın Fransada «Humanite»yə verdiyi bəyanat tipli açıqlamaya bənzəyir. Hesab edirəm ki, Rusiyanın və Qərbin mümkün olacaq təzyiqlərinə qarşı Ermənistanın “immunitet sistemi”nin işləyib-işləməməsini yoxlamaqdan ibarət idi. Ermənipərəst dairələr növbəti mərhələ üçün Ermənistanın institusional bir immunitet sistemini yaratmaq istəyir. Çox güman ki, proseslərdən xəbərsiz olan Azərbaycan cəmiyyəti bunu sezmir. Amma ən pis variantlara hazır olmalıyıq. Düşmənin mövqeyi bəllidir. Rusiyanın ənənəvi olaraq «rayonları boşaltmaq» imitasiyası hər il olduğu şəkildə, tam yeni üslubda dövriyə buraxılmasına aldanmaq olmaz.
Baş verənlərdən veteranlar çox narahatdırlar. Vaxtın uzanması və uzadılmasına son qoymalıyıq. Düşmənlə anladığı dildə və düşmən kimi danışmaq vaxtıdır. Konkret olaraq bu işğaldan torpaqlarımızı azad etmək hüququmuz ola-ola Ermənistan kimi faşist bir ölkə ilə danışmaq nəyə lazımdır? Ən adi suala cavab verməyən bu danışıqlar kimə lazımdır? Bu şansların bircə faizi Ermənistanda olsaydı, indi Bakını da işğal etmişdilər.
Bu saat Qafqazın ən güclü ordusu olan Azərbaycan ordusu faktiki olaraq erməni işğal ərazilərini bizdən qorumağa məcbur edilmiş hərbi mexanizmə çevrilib. Düşmənin bir çox postlarda əsgər çatışmazlığını doldurmaq üçün «uyuq-kuklalardan» istifadə etdiyi xəbərləri alırıq. İllər boyu düşmən və onun içimizdəki kolonu cəmiyyətə keçilməz «Ohanyan istehkam xətti»nin mövcudluğunu sıramışdı. Qəhrəman Azərbaycan əsgəri bu xətti cəmi 30 dəqiqə ərzində darmadağın edə bildi. Bu gün bu boş danışıqları dayandırıb «Antiterror əməliyyatlarına» başlamalıyıq. Onsuz da Rusiyanın da, İranın da düşmən münasibəti sınaqdan çıxardığımız bir faktordur və bu faktor dəyişməyəcək.
Ötən dəfə xəbərdarlıq edərək konkret vaxt verulməsini, döyüşlər zamanı qaçıb gizlənənlərin sosial şəbəkələrdə müxtəlif cür yozduqlarını nəzərə alıb bildirirəm ki, düşmənə vaxt vermək bir savaş elanıdır. Yəni 24 saat ərzində Ermənistanın işğalçı qüvvələri və terrorçu qruplar ölkəmizin beynəlxalq aləmdə tanınmış sərhədlərini tərk etməsələr antiterror əməliyyatlarına başlayırıq. Qaldı ki, biz döyüşçülər bu problemin yeganə həll variantının savaş olmasını demişik və o sözün də üstündəyik. Düşmən ərazilərimizdə tikinti işləri aparır. Bu BMT və ATƏT Minsk Qrupunun sənədlərində qadağandır. Biz bu istiqamətdə hansı işi görmüşük? Bizim xarici işlər nazirliyinin işi, sadəcə Mnasakanyandı nədi onunla orada-burada görüşməkdənmi ibarətdir? Bu sahədə gördüyü işlərdən xalqa hesabat versin. Milli Məclis niyə bu günədək «İşğal haqqında» bir sənəd qəbul etməyib?
Düşmən olaraq ermənilər danışıqlar üçün çox yaramaz bir toplumdur. Ona görə də, ermənilərin terror təşkilatı «ASALA»-nı diz çökdürməyi bacarmış Abdulla Çatlının məşhur bir deyimini xatırlatmaq istərdim: «Terroristlə bazarlıq yapılmaz, kafasına sıxarsan savab kazanarsan». Həqiqətən də terrorçularla bazarlıq edilməz…
Bu bir həqiqətdir ki, erməni kimi bir düşmənin anladığı tək danışıq dili mərmidir.
Tanrı Ordumuzu və millətimizi qorusun!»
