AVMVİB Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov bu dəfə redaksiyaya zəng edərək, vəfat etmiş etmiş Əfqanıstan müharibəsi veteranının həyat yoldaşı, Zəminə Kərim qızı Muradovanın onun probleminə diqqətlə yanaşdığımız üçün AVMVİB Rəhbərliyinə, Suraxanı rayon şöbəsinə və ən başlıcası Fedai.az saytına minnətdarlığını çatdırdı.
Veteranın həyat yoldaşı Azərbaycan Respublikası Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyevə öz adından və ailəsi adından minnətdarlığını çatdırmamızı xahiş edib. Problemi qaldıran kimi üzvləri olmasa da Azərbaycan Respublikası Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev dərhal hərəkətə keçməsi alqışlanmalıdır.
Xatırladaq ki, vəfat edən həyat yoldaşı, mərhum Elsevər Rəsul oğlu Muradovun veteran olması səbəbindən onun dəfninə aidiyyatlı qurumlar heç bir yardım etməmişdilər. Mərhumun qardaşı Əfqan Muradov Qarabağ uğrunda gedən döyüşlərdə ağır yaralanıb və müharibə əlilidir. Evin tək övladı isə hərbi xidmətdə travma alıb və I qrup hərbi xidmət əlilidir. Həm də dializ xəstəsidir. Bunca ağır problemləri olan bir ailəyə növbəti ağır zərbə dəymişdi. Zəminə Muradova bu ağır durumda aidiyyatlı qurumlara üz tutmuşdu…
Onun səsini ictimaiyyətə çatdıran AVMVİB Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov bu ailənin problemləri ilə bağlı müxtəlif instansiyalarla əlaqə saxladı. Eldar Rüstəmovun veteranlarla iş təcrübəsi və veteranlara diqqət ayırmasını hər bir şöbə sədrinə bir örnək olaraq göstəririk…
Həmçinin Eldar Rüstəmov bildirdi ki, qanunda olan bu boşluqları tənzimləmək üçün təkliflər paketi hazırlayıb aidiyyatlı orqanlar qarşısında məsələ qaldırmalıyıq.
Xeyirxah insanlarımızın bu ailəni kimsəsiz buraxmayacağına bir daha əminik. Ona görə də ailənin yaşadığı ünvan və telefon əlaqələrini qeyd edirik; Suraxanı rayonu, Əmircan qəsəbəsi ev 511, telefon: +012452-62-76, +99450640-83-46.
Fedai.az-a gəlincə isə, biz imkanlarımız daxilində həmişə veteranların yanındayıq! Bunu öz borcumuz sayırıq.

Elnur Səlim
