Nurlan Saltayev
280 il əvvəl, 3 Mart 1739-cu ildə İranın türk hökmdarı, Böyük hökmdar Nadir şah Əfşar və Hindistanın Babur və Teymurun nəslindən olan türk hökmdarı Məhəmməd Şah Barlasın bir görüşü, Nadir şahın Hindistanı fəthi kimi tarixə düşüb (Кишмишев С.О. «Походы Надир-шаха в Герат, Кандагар, Индию и события в Персии после его смерти», 1889 г./Kişmişev S.O. «Nadir Şahın Herat, Qəndəhar, Hindistan yürüşləri və onun ölümündən sonra İrandakı hadisələr», 1889).
… «Deyilənə görə, Nadir adəti üzrə, o özünə bab saydıqları ilə saziş bağlamaq üçün Məhəmməd şahın da şəxsən onun yanına gəlməsini təklif etmişdi. Moğollara bu barədə Əzim-ül-Mulk bu barədə xəbər verir. Əyanlar, əsabə və zadəganlar bu təklifə qəzəbləndilər. Onlar Dehli sultanı Məhəmməd şahın Qızılbaşların çağrışına getməsini böyük bir təhqir hesab edərək Məhəmməd Şahı belə biabırçı tələbə etiraz etməyə çağırdılar. Lakin Nadir şahı, başqa Hind düşərgəsindən tanıyan Əzim-ul-Mulk moğolları razı sala bildi ki, onun tələbini yerinə yetirmək lazımdır.
Çox tərəddüddən sonra Məhəmməd Şah bu təklifi 3 mart 1739-ci ildə qəbul etdi və başının dəstəsi ilə birgə, o, iranlıların düşərgəsinə gəldi. Onu Nəsrullah Mirzə qarşıladı və onun üçün nəzərdə tutulan çadıra apardı. Bir saat sonra, o, Nadir şahın yanına dəvət olundu və içəri daxil olarkən öz tacını baçından götürüb Şaha verdi. Nadir şah qəbul etdi və geri qaytararaq dedi: «Bəli, bu mənimdir, amma mən onu geri qaytarıram».
Onların arasında bərabərliyi sübut etmək üçün Nadir şah da ona öz möhürünü verdi. Qəbulun sonunda Moğol şahı Nadir şahın masasına dəvət edildi. Yemək axşama qədər davam etdi»…
Foto: «Məhəmməd Şahın İran Şahənşahı Nadir Şahla görüşü», Qime Muzeyi, Paris.
Dünya liderlərinin görüşü: Şahlar şahı Nadir şahın Məhəmməd şahla görüşü
Bu xəbəri paylaşın:
