Biləsuvarda şəhid məzarı ziyarət olundu

Biləsuvar rayonunda şəhid Babək Süleyman oğlu Mahmudlunun məzarı 704 saylı hərbi hissənin və hərbi polisin veteranları tərəfindən ziyarət olunub.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov məlumat verib.

Şəhid Babək Süleyman oğlu Mahmudlunun məzarına gül qoyulub və şəhidlərimizin ruhuna dualar oxunub. Həmçinin digər şəhidlərin də məzarları müharibə veteranları tərəfindən ziyarət olunub.

Allah şəhidlərimizə rəhmət eləsin!

Bu xəbəri paylaşın: