İnsan üçün ən yaddaqalan günlərdən biri də onun doğum günüdür.
Yaşın üstə yaş qalandıqca insan daha da kamilləşir. Belə insanlardan biri də Azərbaycan Respublikasının Müharibə Veteranı, jurnalistlər və yazıçılar birliyinin üzvü, «Qızıl qələm» mükafatı laureatı ehtiyatda olan mayor Mərdan Hüseynlidir (Hüseynovdur ). Bu günlərdə onun 57 yaşı tamam olur. Belə bir əlamətdar gün münasibətilə AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev, Müharibə Veteranı, ehtiyyatda olan mayor Mərdan Hüseyinlini səmimi qəlbdən təbrik edir, həyatda insan ücün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Müharibə Veteranı ehtiyatda olan mayor Mərdan Hüseyinli (Hüseynov) 01 noyabr 1964-ci ildə Tovuz rayonunun Pələkli kəndində dünyaya göz açıb.
Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
O, Baki Dövlət Ünversitetinin Filologiya fakultəsini, Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. İxtisasna uyğun müxtəlif mətubat orqanlarında işləyib. 1993-cü ilin yanvar ayından etibarən Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsində «Əsgər » qazetində müxbür və məsul katib vəzifələrində xidmət edib.

Mərdan Hüseyinli təhsildə və həyatda qazandığı ən məhsuldar bilik və baçarığını xalqımızın və dövlətimizin xeyirinə əsirgəməmiş ,öz vətənpərvər şeir və yazılarında hərbiçiləri qələbəyə ruhlandırmışdır.
Məhz ön cəbhədə qaynar nöqtələrdən hazırladığı uğurlu yazılarna görə «Qızıl qələm» mükafatına layiq görülmüşdür.
Mərdan Hüseyinli «Azərbaycan Ordusu » və «Sərhəd » qazetləri redaksiyaları ilə sıx əməkdaşlıq etmiş, ön cəbhədən hazırladığı məqalə və reportajları Azərbaycan Radiosunun hərbi vətənpərvərlik verlişlərində səsləndirmək gənclərə yüksək vətənpərvərlik hissi aşılamışdır. O,öz şəxsi nüfuzu və yaxşı dost yaradıcı heyətin köməkliyi ilə, maddi və texniki vasitələrin çatışmazlğı səbəbindən «Əsgər «qəzetinin bağlanması təhlükəsinin qarşısını ala bilmişdir.
O, həmişə düşmənə qarşı son uğurlu əməliyyatlara qədərki, dövurlərdə, belə öz yaradıcılığında Silahll Quvvələrin Ali Baş Komandanımızın qətiyyətli rəhbərliyi və xilaskar ordu quruculuğumuza, böyük və qəti qələbəmizə yenilməz inamını xüsusi nikbinliklə tərənnüm etmişdir. Budur xalqımızın bu, yüksək inamı nəticəsində düşmənlər üzərində öz möhtəşəm qələbəmizə qovuşduq .
Böyük rus yazıçısı A.Fadeyev yaradıcı insanların — şair, rəssam, bəstəkarların ömürlərini hər iki tərəfi yanan şama bənzədərək :» Bu cür insanlar öz ömürləri ilə yanaşı xalqının ömüründə yaşayırlar» demişdir. Bizdə Mərdan Hüseyinliyə əbədi yaradıcılıq sevinci arzulayırıq .
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində bir çox hərbi qulluqçulara şəxsi nümunə olaraq Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, şəhərdə , yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, fövqaladə hallar zamanı hüqüqi rejim tədbirlərinin həyata keçirilməsində ona həvala edilmis vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.

Müharibə veteranı ehtiyatda olan mayor Mərdan Hüseyinli xidməti vəzifələrinin icrasına məsuliyyətlə yanadığına görə Daxili işlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Xidmətdə fəriqləndiyinə görə O, Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə Azərbaycan Respublikasının Prezidenti adından bir sira medalarla təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, MƏRDAN BƏY!
100 yaşa, sağlam yasa!
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev






